Ana Yatmadı Gecə

Ana yatmadı gecə 
yuxusunu qatmışdı.
Əsgər balasından
Çox narahat qalmışdı.
Ürəyi çırpınırdı
heç yatmırdı yerinə.
balası görsənirdi
Gəlib tez-tez gözünə.
Boy-buxunlu igidi
Əsgər idi ananın
Yalvarırdı allaha
Pənahında saxlasın
Onun Əsgər balasın.
Gecə yatmadı Ana
Ərşə getdi yuxusu
Burnuna toxunurdu
Balasının qoxusu.
Çırpınırdı ürəyi
Ana narahat idi
Onun bircə balası.
Qanına qəltan idi.
Gecə yatmadı Ana.
Gecəsi qara gəldi.
Üstünə qara xəbər ,
Uçaraq yaman gəldi.
Aldı yağı gülləsi,
Bir balasnı əlindən.
Gətirdi o ananın
Dünyasını gözündən.

 

Nahidə Tagıyeva Qurbanova
25.Şubat.2017
www.kafiye.net