Əfsanə
Mən ki sənin üçün əfsanəymişəm,
Nağıla inanan bir körpəymişəm,
Doğma sandığıma bir ögeymişəm,
Ruhumu ruhundan dən-dən seçirəm,
“Mən”imin içində “mən”dən keçirəm.
Köksündən vurulmuş ahu kimiyəm,
İndi öz eşqimə yağı kimiyəm.
Nağılam,xəyalam,yuxu kimiyəm,
Kənar dolanıram,gendən keçirəm.
“Mən”imin içində “mən”dən keçirəm.
“İmkansız bir eşqdə naçaram” dedim,
” Əlindən lap zəhər içərəm”-dedim,
“Səninçün canımdan keçərəm”-dedim,
Canımdın,ömrümdün,səndən keçirəm.
“Mən”imin içində “mən”dən keçirəm
Tamara Rustamova Tənha Bulud
www.kafiye.net
www.kafiye.net




