Bir Belə Sən

Bir belə sən batma qəmə qüssəyə
Danış dərdlərini sən dərdli qadın.
Söz verdim sözünü mən kəsməməyə.
Danış dərdlərini dinləyim qadın.

Danış dərdlərinlə bir agah olum.
De görüm nə sıxır bu qədər səni.
Dinləyim dərdinə mən ortaq olum.
Üzməyə dəyirmi görüm dərd səni.

Danış belə susma danış birdə din.
Bir at o üzündən qəmi kədəri.
Açılsın gül üzün gülsün gözlərin.
Bilirəm üzübdür dərd ürəyini.

Nahidə Tagıyeva Qurbanova/29.01.2018
www.kafiye.net