5 dəqlik yuxu

Üzümü güldürən mələk
Yenə yuxuma gəldin sən
Elə çox sevinirdim ki,
Ayılıb gördüm gülürəm…

Musiqi oxuyurdun sən
Ağ göyərçin olmuşdum mən..
Oxuduqca qanad açıb 
Göydə uçurdum xəyalən..

Dünyanı gördüm yuxardan
İnsanlar gördüm uzaqdan
Dünya necə maraqlıdı
Səni tanıdığım vaxtdan..

İnsan cildində mələksən
Röyalarma gələndə sən
Ayılanda görürəm ki ,
Mən sevincimdən gülürəm…

Niki N-li…..kicik bir yuxu))))

Niki Şemsi Nigari
www.kafiye.nt