Al Eline Ressam

Al əlinə rəssam ,bu gün fırçanı.
Mən danışım ,sən də onu vəsf elə.
Elə çək ki rəssam, onun əksini,
Ürəyində bircə mənə yer elə.

Gözlərində qövsü-qüzeh yer alsın.
Mənə baxıb gözü alışıb yansın.
Çox demirəm bircə kəlmə deməkçün
Rəssam onun dili mənlə danışsın .

Al əlinə rəssam, bu gün fırçanı.
Mən danışım sevgilimi vəsf elə.
Danışdıqca sözlərimə qulaq as.
Necə varsa sən də elə əks elə.

Uca boyun çinarlara tay elə.
Şəvə saçın gecə kimi qara elə,
Yaman qısqanc olub rəssam sevgilim.
Ürəyində qısqanclığın az elə.

Yarat ,yaşat rəssam, onu rəsmdə.
Tanrı ona bu rəsmdə can versin.
Hərdən onu səsləyəndə rəsmindən,
Elə mənə, o rəsmdən hay versin.

Nahidə Tağıyeva Qurbanova /09.06.2017
www.kafiye.net