Oxu bu məktubu da

H ə l ə d ə

Sənə məhəbbətim sonsuz bir dəniz,
Sevgim də dünyanın yaşı qədərdi.
Məni dəli edən bu eşq,bu sevda
Min illik dağları lap tərpədərdi.

Məni dəli edən bu eşq bu sevda
Çevirmədi bir üzünü mən sarı.
Dağlar-daşlar aşan yalvarışlarım
Aşammadı aradakı hasarı.

Çevirmədin bir üzünü mən sarı,
Çevrilmədi səndən mənim üzüm də.
Baxıb da arxanca,köksüm ötürüb,
Min-min nisgil bitib qaldı gözümdə.

Baxıb da arxanca,köksüm ötürüb,
Fikrim də,ruhum da xəyala daldı.
Sinəmdə durmayan ürəyim çıxıb,
Düşüb də əlimin içində qaldı.

Fikrim də,ruhum da xəyala daldı,
Hərlənmədi dünyam da öz oxunda.
Bir ayrı dünyada yaşasaq da biz,
Burnumdan getmədi ətrin,qoxun da.

Hərlənmədi dünyam da öz oxunda,
Bir hey “Sənsiz” oxuyub da,dağıldı.
Bu necə də vahiməli bir yuxu,
Bu necə də qorxulu bir nağıldı?!.

…Bel büküldü,diz titrədi,əl əsdi,
Qalmadı o məndən gördüyün bir iz.
Amma ki,hələ də…hələ…hələ də,
Sənə məhəbbətim coşğun bir dəniz!

Məzahir İsgəndər
26.10.2017
www.kafiye.net