Dəyərli. Bir şair qardasin yaşıma inanmamasina axi siz cavan görünürsünüz,sözünə cavab.

Şairəm!

Telləri ağarmış,qəddi əyilmiş,
Qəmin çoxluğundan sanki döyülmüş,
Əlində əsanın ucu yeyilmiş,
Kədərdən-qüssədən yazan şairəm!
*
Hər kəsin dərdini özünün bilən,
Kədərə aglayan,sevincə gülən,
Ağlar göz görəndə yaşını silən,
Gözündən damlalar sızan şairəm!
*
Qarabağ dərdiylə alısib-yanan,
Susasız özünü bir bədbəxt sanan,
Uçub röyalarda dağlara qonan,
Yuxusun xeyirə yozan şairəm!
*
Hər kəsin sözünü üzünə deyən,
Ana yoxluğundan qaralar geyən,
Qardaşın itirib başına döyən,
Özünə bir məzar qazan şairəm!
*
Solmazam,qənclikdən qəmə bürünən,
Qəm ilə,qüssəylə qoşa sürünən,
Gözü nisgil dolu,qəmli görünən,
Qara taleyindən bezən şairəm!

29-08-2017
Solmaz Şirvanlı
www.kafiye.net