şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
A ZALIM
Yandım ,tüstüm ərşə qalxdı yenə də.
Sən görmədin bu odumu a zalım.
Bircə ovuc külüm qaldı yerim də,
Rəhm etmədin yenə mənə a zalım.
Daşdan imiş məni sevən o qəlbin.
O daş qəlblə necə sevdin a zalım?
Üzünü de məndən döndərən sənin
De kim oldu söylə mənə a zalım?
Daha gəlmə .gözləmirəm heç səni.
Səni sevən ölüb indi a zalım.
Sən öldürdün bilərəkdən bir məni
Sən olmasan yaşayardım a zalım.
Yandım tüstüm ərşə qalxdı yenə də.
Sən görmədin bir odumu a zalım.
Hamı görüb xəbər tutdu yenə də.
Kor sən oldun heç görmədin a zalım.
Nahidə Tağıyeva Qurbanova .28.08.2017
www.kafiye.net
Yorum Yapın