Şeirindən boylandım bu gün “Sənli-sənsiz dünyam” silsiləsindən
…………………………………………..
Şeirindən boylandım bu gün….
Misralarda ,kəlmələrdə
Öz-özümü gördüm ,duydum
Öz-özümü tapdım bu gün.
Darıxdım, yaman darıxdım
O nağıllı anlar üçün.
Bir həzin meh, bir yağışlı bahar üçün.
O nisgilli ,yanğılı səs….
Tənhalığı qəlbə sirdaş edən bir kəs
İllər ayrıcında durub,
Qəmli-qəmli məni səslər,
Məni gözlər.
Bircə damla yağış olub ,
Pəncərənə yağammadım.
Bircə zərrə işıq olub,
Otağına dolammadım.
Qəfil gəldim,
İzsiz keçdim
Taleyinin kənarından,
Taleyində qalammadım.
Şerində gördüm özümü…
Xatirələr ,xatirələr..
Aramızda sərhəd kimi 
O qanunlar, o adətlər,
Acı-acı həqiqətlər…

Tamara Rustamova Tənha Bulud  2008
www.kafiye.net