Xilaskarım /” BİZ SAHİBSİZ DEYİLİK””

Nə üzünü ,nə səsini lütf etmədi ağam yenə…
Mələklərlə bircə namə göndərdi röyada mənə.
Sağ əlimə bir quş. kimi qondu o ağır əmanət,
Nur içində bir cümlədə o çağırış ,o hidayət.
Bir cümlənin işığından aləm nura boyanmışdı,
Mələklər də xidmətində cərgə-cərgə dayanmışdı.
Göyün dərin qatlarından yerə döğru bir ip endi
Bu Qurandı ,Əhli-beytdi ,bu Siratəl müstəqimdi.
Qara daşlı Kəbə evi “gəl başıma dolan”- dedi,
“Haqqa tutun, Haqqa sığın, qalan hər şey yalan” -dedi.
Yağışmıydı ,ya nə idi göydən gümüş kimi yağan!
Darüs-səlam açılmışdı ,verilirdi göydə azan.
Yer kürəsi fırlanırdı göydə bizdən aşağıda,
Zaman özü şütüyürdü “Uca söz”dən aşağıda.
Möminliyin zirvəsinə bu ikinci çağırışdı,
Bu ikinci fərman idi, bəsirət gözümü açdı.
Ey “Allahın görən gözü “, üzür bizi intizarın,
Gəl ki ,zülmün çatsın sonu ,zühur et ,ey Xilaskarım!
Qoy ədalət hökm eyləsin Yer üzündə bundan belə,
Gəl Allahın izni ilə ,ey Müqəddəs ,zühur eylə!

11.05.2017Tamara Rüstəmova/Tənha Bulud/
www.kafiye.net