şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
GÜNƏŞ
Süzülüb günəşin al şəfəqindən,
Doldu otağıma sabahın nuru.
Oxşadı ruhumu elə astaca,
Səmadan boylanan günəşin nuru.
Yatmış aləmləri yenə oyadıb,
Verdi şəfəqindən yenə payını.
Elə bil bu gecə günəş yatmayıb,
Gözləyib dünyanın hay-harayını.
Yenə təbbəsümlə ətrafa baxıb,
Hər yeri işığa nura boyadı.
Qovub qaranlığı yenə dünyadan,
Kiçik kölgələrlə yenə oynadı.
Mavi səmalardan baxıb sakitcə.
Oxudu dünyaya meydan beləcə.
Onun şüasını görən bulud da.
Çəkildi dağlara günəş gəlincə.
Nahidə Tağıyeva /30.05.2017
www.kafiye.net
Yorum Yapın