Yenə Yuxumdaydın

Yenə yuxumdaydın bu gecə,
Bilmirəm yuxumu yozum necə,
Düşdü canıma yenə vicvicə,
Yoxsa başın bəladamı?
Yoxsa narahatsan, 
Bir dərdinmi var,
Sıxıntıdasanmı, 
Çox üzdün məni.
Gerçəkdə nigaranlığım
Röyada da buraxmadı məni.
Gözünün önündən gəlib keçdim,
Nə salam verə bildim,
Nə bir kəlmə dedim.
Tək deyildin,
Qayıdanda içəri keçmişdin,
Açıq idi qapın,
Mənim keçməyimdən xəbər tutmadın.
Nə qədər uzaqdın,
Nə qədər yaddın.
Qəlbimdə doğmaydın,
Çox yaxındın.

Müəllif : Rüxsarə Tapdıq
www.kafiye.net