Sen Yaxşi

Gəl, könlümün ey həmdəmi, sən yaxşı ki varsan!
Yetsin bizə vəslin dəmi, sən yaxşı ki varsan!

Çəkdim nə zülüm dərdin əlindən, daha bitsin,
İnkar edirəm dərdimi, sən yaxşı ki varsan!

Sənsiz necə dəryadə, təlatümlə üzürdüm,
Çatdım sənə sahil kimi, sən yaxşı ki varsan!

Çökmüşdü dəli könlümə qəhrin, gəlişinlə,
Sildinsə gözümdən nəmi, sən yaxşı ki varsan!

Həsrət bükə bilməz belimi, ruhumu sarmaz,
Qırdın o qara tilsimi, sən yaxşı ki varsan!

Gülsün yenə könlüm, sənə yox başqa təmənnam,
Bil, istəmirəm ta qəmi, sən yaxşı ki varsan!

Gəl, Dəstəgülün könlünü şad eylədin, özgə-
Duymazdı könül naləmi, sən yaxşı ki varsan!!!

Destegül Zamanlı
www.kafiye.net