şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
” AĞARMA SAÇIM “
NƏDİR BELƏ DƏRDİN SƏNİN ?
” AĞARMA SAÇIM . AĞARMA”
NƏDƏN SOLDU RƏNGİN SƏNİN!
” AĞARMA SAÇIM AĞARMA”
DAĞ BAŞINDA QARIM HANI,
OLMADIM EŞQİN SULTANI.
GƏL ETMƏBELƏ. SƏN CANI.
” AĞARMA SAÇIM . AĞARMA “
EŞQ BAĞINDA SÜZMƏMİŞƏM,
YARIMLA HEÇ GƏZMƏMİŞƏM,
GƏNClİKDƏN ƏL ÜZMƏMİŞƏM,
” AĞARMA SAÇIM , AĞARMA “
NİYƏ YAZIM BELƏ GƏLDİ,
ÖMRÜM QƏFİL SELƏ GƏLDİ.
ARZULARIM DİLƏ GƏLDİ
” AĞARMA SAÇIM , AĞARMA”
HƏLƏ QÖNÇƏ GÜLLƏRİM VAR.
YALQIZ, SUSQUN GÖLLƏRİM VAR.
YAŞANMAMIŞ GÜNLƏRİM VAR
” AĞARMA SAÇIM. AĞARMA “
Zeyneb Naxcıvanlı
www.kafiye.net
Yorum Yapın