Qıydın Mene

Qıydın mənə , tənhadı bu çağında desinlər!
Dərdin, qəmin iz saldı yanağında, desinlər!

Gəzdikcə xəyalın başım üstündə, görənlər-
Ruhdur, dolanır sanki otağında, desinlər!

Sənsiz heç ovunmaz, anasız körpədi könlüm,
Hər dəm, adın əzbərdi dodağında desinlər !

Səhrada susuz gül kimi qoydun məni tənha,
Qıydın, saralıb soldu -budağında desinlər!

Qıymazdı sevən sevdiyi qalsın gözü yaşlı,
İnsafmı, qalıb indi sorağında desinlər!

Bir gün cahanı tərk edəcək Dəstəgül, onda-
“Gəl, həsrətinin öldü qucağında” desinlər!!!

Dəstəgül Zamanlı
www.kafiye.net