“Anamı Görürəm” şeirimi bəyan edirəm…

Günəş şəfəqini yayır ellərə.
Lalədən don biçir qızıl çöllərə.
Gözlərim baxsa da gözəl güllərə,
Bu gözəllik dünyasənda
Anamı görürəm, anamı ancaq!

Dostun ürəyini dost da didərmi?
İnsan əbədimi, gəldi-gedərmi?
Yaxşılıq dünyada axı itərmi,
Bu yaxşılıq xülyasında
Anamı görürəm, anamı ancaq!

Bir gün dərd mənimlə görüşsə əgər,
Büdrəyib ayağım sürüşsə əgər,
Yanımı kim kəsər, qayğımı çəkər.
Bu çətinlik dünyasında
Anamı görürəm, anamı ancaq!

Dostlarimin hər birisini Allah qorusun Amin.

Aygün Hüseyn
www.kafiye.net