SƏNDƏN YANA DARIXMIŞAM NECƏ DƏ

Səndən yana darıxmışam necə də?!.
Ürəyim titrəyir,yarpaqtək əsir.
Titrəyə-titrəyə səni görməyə
Ah,necə tələsir,necə tələsir!..

Ürəyim titrəyir,yarpaqtək əsir,
Nəfəsim kəsilib,səbrim dolubdu.
Dəyişibdi öz yerini təsillər,
An-andan,gün-gündən yaman olubdu.

Nəfəsim kəsilib,səbrim dolubdu,
İnsafını göylər yerə atıbdı.
Səni əllərimdən alıb aparan
Yolların üstündə ilan yatıbdı.

İnsafını göylər yerə atıbdı,
Əzabı əzabdan borc alıram mən.
Acala-acala sənin eşqinə,
Səni sevə-sevə qocalıram mən.

Əzabı əzabdan borc alıram mən,
Sağ olsun,əzab da səxavətlıdi.
Kim bilir,bəlkə də,əzabın özü
Mən düşən gündədi,məndən dərdlidi?

Sağ olsun,əzab da səxavətlidi,
Boş qaytarmır qapısından əlimi.
Sevib,əzizləyib,həm də oxşayıb,
Yandırıb,başıma səpər külümü…

…Hər anım bir gündü,hər günüm ildi,
Qarışıbdı məndə gündüz-gecə də.
Bilməmisən bəlkə də sən,bil indi,
Səndən yana darıxmışam necə də?!.

MƏZAHİR İSGƏNDƏR
(Elə indicə)
www.kafiye.net