UNUDA BİLMİRƏM.

Eşqin ürəyimdə məskən salıbdı,
Mən səni unuda bilmirəm gülüm!
Məcnuntək ağlımı başdan alıbdı,
Mən səni unuda bilmirəm gülüm!

Sən yanar şamsansa,pərvanəyəm mən,
Eşqindən lap dəli-divanəyəm mən,
Sanma bu sevgiyə biganəyəm mən,
Mən səni unuda bilmirəm gülüm!

Sənsiz hər dəqiqəm çevrilir ilə,
Həsrətdi əllərim o qara telə,
Mənim iki dünyam bir olsa belə,
Mən səni unuda bilmirəm gülüm!

Dayanma sən məndən bir addım gendə,
Mən yanan alovdan od götür sən də,
Sevgin ürəyimi salıb kəməndə,
Mən səni unuda bilmirəm gülüm!

Sən gedən yollara dikilib gözüm,
Qəlbimdə həsrətə qalmayıb dözüm,
Sənə qovuşmaqdı ilk və son sözüm,
Mən səni unuda bilmirəm gülüm!

1-mart-2000
Zaur Vedili
www.kafiye.net