Sən bilirsən.

Nə ölüyəm,nə diriyəm bilmirəm,
Gözlərimdən leysan gedir silmirəm.
Qəmlə sirdaş yaşayıram gülmürəm,
Kim bilməsə bunu ki,sən bilirsən!
*********
Dilləndirmə dəli olan könlümü,
Qəm-nisgilə zəli olan könlümü,
Sevdasının külü olan könlümü,
Kim bilməsə bunu ki,sən bulirsən.
*********
Yol gözlədim ayım ilə döndü gəl,
Fəryad etdim naləm zilə döndü gəl,
Sevdim səni eşqim külə döndü gəl,
Solmaz ölür bunu ki, sən bilirsən!!!…..

Solmaz Şirvanlı
Şamaxı,Ovculu kəndi.

www.kafiye.net