AĞLARIM

Ağlaram,ağlaram gülüm ağlaram,
Sənsizlikdir mənə zülüm ağlaram.
Gəl axtarma gülüm daha yoxam mən
Ayağın altında külüm ağlaram!
*******
Bir dəlitək,divanətək gəzərəm,
Həsrət-həsrət yollarını süzərəm,
Ürəyimi qüssələrdən üzərəm,
Sənsiz çəkərəm çox zülüm ağlaram!
********
Sızıldama gəl ey könül bu qədər,
Alışıb atəşdə yanmağın hədər,
Yar başın götürüb qürbətə gedər,
Nalə çəkər sənsiz dilim ağlaram!
*********
Solmazam,başıma gör nələr gəlir,
Ruhum qan aglayır,görənlər gülür,
Qəlbimdə nələr var bir Allah bilir,
Ərşə çıxıb naləm,zilim ağlaram!..

27-07-2016
Şamaxı,Ovculu k
Solmaz Şirvanlı

www.kafiye.net