Şair ve Yazarların Buluşma Sayfası

Solmaz ŞİRVANLI

Məni,

Email :5

Məni,

Gəl ağlar eyləmə məni,
Gəl unutdur qəm-qüssəni,
Gəl qoşa gəzək çəməni,
Salma qəm-qübara məni.
***********
Dünya-aləm yox gözümdə,
Tükəndi taqət dizimdə,
Bil doğruyam öz sözümdə,
Yoxla gəl dübarə məni.
“””””””””””
Əsirinəm əzəl gündən,
Uzaq düşdüm toy-düyündən,
Sən idin ki,əzəl gündən,
Deyən dərdə çarə məni.
************
Solmazam,sənsiz bir heçəm,
Nə gündüzüm var,nə gecəm,
Bax karvanı yolda köçəm,
Gəl ki,çəkmə dara məni!!

28-07-2016
Şamaxı,Ovculuk
Solmaz Şirvanlı
www.kafiye.net

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts