Yatandı Dünya

Dünyanı dünyada axtaran insan,
Xəcalət üzündən itəndi dünya.
Namərd körpüsündən mərdi keçirən,
Gədanı bəyə tay tutandı dünya.

Zülümdən ədalət köynəyi geyən ,
Vicdanı vicdansız önündə əyən,
Doğru söyləyənə dəlilik deyən,
Doğrunu yalana satandı dünya.

Qorxunun hökmünü haqqa sayanlar,
Baş kəsib ,qan töküb bütün zamanlar,
Hər tərəf qan gölü nehir,ümmanlar,
Qanlı dəryalarda batandı dünya.

Tutmadı insanı haqqa bərabər,
İnsanlığın yolu hər kəsə sərvər,
Mütləqə inamı olmasa rəhbər,
Ölümün qoynunda bitəndi dünya.

Ata ocağından doğan Elliyəm,
Yerdə Göy məkanlı,yeri bəlliyəm,
Dünyanı oyadan haray seliyəm,
Oyanmaz harayda yatandı dünya.

Elli Atayurd
www.kafiye.net