Qahabdan qardaş salamları!

Desələr: “Hardasan?,-de,- Qahabdayam.”

Oxucum, dünyada bir cənnət görsən, 
Desələr: “Hardasan?,-de,- Qahabdayam” 
Çiçəkdən özünçün bir çələng hörsən, 
Desələr: “Hardasan?,-de,- Qahabdayam.”

Əgər kəndə baxsan, Sirab daşından, 
Sənə söhbət açar öz yaddaşından. 
Xəbər al kəndimin milyon yaşından, 
Desələr: “Hardasan?,-de,- Qahabdayam.”

Şahiddir Qaradaş, Nəhəcir dağı, 
Bu yurd əzəl olub Nəbi oylağı. 
Zümrüd göl başında Hərdə yaylağı… 
Desələr: “Hardasan?,-de,- Qahabdayam.”

Bu kənddən çıxıbdı çox ziyalılar, 
Bu kəndin Elmanı, Mirkərimi var. 
Harda vəfa görsən, harda ehtibar, 
Desələr: “Hardasan?,-de,- Qahabdayam.”

Bu sıra təpələr Tanrımın payı, 
Selov da kəndimin kiçik bir çayı. 
Qonşu Naxışnərgiz çayın o tayı, 
Desələr: “Hardasan?,-de,- Qahabdayam.”

Qarşına çıxarsa, hörmətcil insan, 
Dinə sədaqətli, pakizə vicdan. 
Həmsöhbət olarsa, səninlə Ümman, 
Desələr: “Hardasan?,-de,- Qahabdayam”

18 aprel 2010-cu il
Qanun Ümman Qahabli
www.kafiye.net