Bir az da dünyadan….

Nəyinə güvənim?

Bağlayıb qıfılı, açarı uddu, 
Nəyinə güvənim mən bu dünyanın? 
İnsan qanı vardı bünövrəsində, 
Nəyinə güvənim mən bu dünyanın?

Dəhşəti, vəhşəti, talanı vardır, 
Küçədə ac-susuz qalanı vardır. 
Şəkərə bələnmiş yalanı vardır,
Nəyinə güvənim mən bu dünyanın?

Dar gündə fitrətin ləzzəti olmur, 
Xoş günün insana ibrəti olmur. 
Adam var, tabut da qisməti olmur, 
Nəyinə güvənim mən bu dünyanın?

Baş açmaq çətindir xeyir, şərindən, 
Məhv olur kim onu duysa dərindən. 
Fatehlər doymadı simu-zərindən, 
Nəyinə güvənim mən bu dünyanın?

Milyardlar yuxuda, üç yüzü oyaq, 
Dönür mehvərində hamı bu sayaq. 
Çoxuna uçurum,azına dayaq, 
Nəyinə güvənim mən bu dünyanın?

Ümman, biri vardı, doğru danışdı, 
Dədəsi əhlətdə yandı, alışdı. 
Söz verdi, durmadı, üstündən qaçdı, 
Nəyinə güvənim mən bu dünyanın?

28 fevral 2016
Qanun Ümman Qahabli
www.kafiye.net