NƏDƏN YANA YANA GƏLDİN

Ey gül,səni xar üzdümü,
Boyandın al-qana,gəldin?
İz qalmadı gül üzündən,
Büründün əfğana,gəldin!

Gül çöhrəni açdın yada,
Atdı səni yanar oda,
Deyib ətrinə əlvida,
Qəlbi yana-yana gəldin!

Sən gedəndə təzə-tərdin,
Yeri-göyü titrədərdin,
Bir baxıb,buz əridərdin,
Nədən dona-dona gəldin?

Dərdin sanaya-sanaya
Necə ürəyin yanmaya?
Getdin qanmaya-qanmaya,
Döndün,qana-qana gəldin!

Az qalanda günü bata,
Məzahir də düşdü yada,
Mənu unuda-unuda,
Məni ana-ana gəldin!

Məzahir İsgəndər
www.kafiye.net