Íxtiyarım olsaydı

Su tőkən olmadı, bağrım yananda,
Qanmazda yan őtdű Vallah qananda,
Belə bir dővranda, belə zamanda,
Doğulmazdım, ixtiyarım olsaydı…

Gőzlərimi tordan hőrməmək űçűn,
Nadanlarla őműr sűrməmək űçűn, 
Bu çirkin dűnyanı gőrməmək űçűn,
Doğulmazdım, ixtiyarım olsaydı…

Kimisə yalandan ovutmaqdansa,
Őzűmű imandam soyutmaqdansa,
Gűnahla bələnib qayıtmaqdansa,
Doğulmazdım, ixtiyarım olsaydı…

Mən kiməm, Xaliqim xəlq edib əlbət,
Qəbulum çəksəmdə, əzab əziyyət,
Bilsəydim tapdanır haqq ve ədalət,
Doğulmazdım ixtiyarım olsaydı..

Qabil ADALET
www.kafiye.net