ANA

Qəlbimdə döyünən ürəyim mənim
Dar gündə istəyim diləyim mənim
Tanrı dərgahında mələyim mənim
Hər zaman qayğıma qalanım ana

Gecələr yuxusuz qalanım oldun
Qadamı hər vədə alanım oldun
Ömrünü odlara salanım oldun
Övlada pərvanə olanım ana

Hər dərdə əzaba sən tab gətirdin
Özün ac qaldınsa bizi yedirdin
Könül bağçasında övla d bitirdin
Ömür gülşənimdə bağbanım ana

Peyğəmbər adına veribdi qiymət
Ayağın altına səribdi cənnət
Ana naləsindən qopar qiyamət
Uca müqəddəslik ünvanım ana.

Qabil  ADALET
www.kafiye.net