Dördlüklər

Yüz cür tələ qurub eşə dostuna,
Düşdülər məkr ilə mərdin qəsdinə,
Hiylə libasında tülküdən betər,
Köpək qısqırtdılar aslan üstünə.
***
Ərənlər ərlərin izində qaldı,
Gədəlik doğrunun düzündən aldı,
Boynuna sarılıb şərə güvənən,
Qəddini saxlayan dizindən oldu.
***
Koroğlu atını həmzələr minir,
Dədələr dinləyir gədələr dinir,
Dünənin sabahı tərs açılıbdı,
Dan yerindən qürub,gecələr enir
***
Zəmanə küləyi tərs əsir indi,
Qafillər aqilə dərs keçir indi,
Samanın altından su yeridənlər,
Naqis biçimində pak gəzir indi.
***
Təpə olub dağ yerinə,
Şor satılır yağ yerinə,
Həkim baytar bilinməyir,
Xəstə düşüb sağ yerinə.

Elli Atayurd
www.kafiye.net