UNUTDUM!..

İstədim bağışlayım ,
Könlüm izin vermədi!..
İstədim alqışlayım ,
Əlim kara gəlmədi!..

Üz tutub Allahıma ,
Sordum, bu əlvidamı?
Susdu! – mən yenə sordum,
İçden qopan sevdamı?!..

Pəncərəmdən boylanan,
Ay qərib süzdü məni …
Bir ulduz qaçdı göydən,
Dan imiş, üzdü məni!..

Şimşəyin yanan qəlbi,
Buluda səpələnir!..
Nərə çəkən ildırım,
Acıdan qəlpələnir!..

Bax, başımın üstünə,
Toplandı yenə bulud!
Sel kimi yaş axıntı…
Söylədi mənə unut!..
Unutdum!..

Raifə Sərxanqızı 24.03.2016 18.15
www.kafiye.net