Bir Savaşım Var

Ömür bir üzün yol,mən də yolcusu,
Yoluma çıxanla bir savaşım var.
Insanlıq ocağma yağış yağdıran.
Külümü yuyanla bir savaşım var.

Yollar keşmə-keşli,cığırlar itib,
Kol–koslar keçilməz,tikanlar bitib,
Bağlar viran qalıb, zəqqum gətirib,
Sonbahar bağbanla bir savaşım var.

Qalmışam ayrıcda müşkül halətim,
Qaranlıq ,zülmətlər gecə möhnətim,
Zülmətdə tapmadım yol xəcalətim,
Zülmətə yananla bir savaşım var.

Dumandı göy üzü ,yol keçilməyir,
Orman pünhan içrə sirr seçilməyir,
Bulaqlar bulanmış su içilməyir,
Dumanla,ormanla bir savaşım var.

Başı qarlı dağlar sevda ,həsrətim,
Boranlı zirvələr sözüm söhbətim,
Dəmir əsa,çarıq silah-sursatım,
Dünya,bu dövranla bir savaşım var.

Həyat qaşırğalı,burulğan dolu,
Bir İnsan tapmadım göstərə yolu,
Həqiqət tək olar yox sağı ,solu,
Fitnəli yalanla bir savaşım var.

Insanlıq Elliyə sevgi körüyü,
Kədər,Fərəhlərim Babil hörüyü,
Damarımda qanım Turan türklüyü,
Adama insanla bir savaşım var.

Elli Atayurd
www.kafiye.net