Göylərə eşqin adıylaEşqimin miqdarıdır,göstərən İnsanlığımı.

Göylələrə eşqin adıyla yazaram varlığımı,

Sığamam İnsan isəm fani,kiçik bir məkana,
Hayqıram car eyləyəm bu dünyanın darlığını.

Görmədim təmənnasız bir sevgini,heyrət edəm,
Istəməm ,Bütöv deyil …yarımfədakarlığını.

Gizlənir məkr ilə hiylə sevginin kölgəsinə,
Bəs edər kiçik ağıl görməyə murdarlığını.

Dolu bir piyaləyəm eşqilə yanmağa hazır,
Içənim varmı ki,duysun Günəşdə narlığımı

Aşiqəm Mütləq olan hər nə varsa Əzəlıdən,
Bax budur təsdiq edən ölümsüzdə qalmağımı.

Ruhudur İnsanlığın İnam,İdrak,İradəsi
Kaş duya hər bir adam mənində Mən olmağını

Yüksələ əlçatmaza Şükür laməkana qədər
Eyləyər bayram həmən Ellisinə çatmağını

Ellie ATAYURD
www.kafiye.net