Əgər Sən Olmasan

Əgər sən olmasan bir gün aşiqim,
Inan sönər mənim, günüm sevgilim.
Zülmətə qərq olar, gecəm gündüzüm.
Çatmaz heç bir yana ünüm, sevgilim.

Əgər sən olmasan bir gün aşiqim,
Inan viran olar, sevən ürəyim.
Könlümü qan edən bu dəli sevda,
Sənsiz olarmı heç söylə gərəyim.

Əgər sən olmasan bir gün aşiqim,
Göyləri titrədər yanan dillərim.
Solar payız kimi xəzana dönər,
Açılmaz baharda qöncə güllərim

Əgər sən olmasan bir gün aşiqim,
Quruyar aləmim, damarda qanım, 
Tutmaz bu əllərim, gəlməz nəfəsim,
Həsrətin əlində can verər canım.

Əgər sən olmasan bir gün aşiqim,
Alışmaz ocağım, qor tutmaz közüm,
Sevdamın bağında qərq olar eşqim, 
Dikliər yoluna kor olar gözüm.

Əgər sən olmasan bir gün aşiqim,
Oxunmaz dəfdərim yazmaz qələmim,
Bəxtimin işığı olar qaranlıq, 
Ümmana qərq olar külli aləmim.

Əgər sən olmasan bir gün aşiqim,
Pünhanə gül kimi solar, inciyər.
Bir eşqin bağında bülbülə dönüb,
Vüsal sorağında nəğmələr deyər.

Punhane Eliyeva
www.kafiye.net