Hərdən Həyatımla

Hərdən həyatımla durub üz-üzə,
Haqq hesab çəkirəm mən öz-özümlə.
Etdiyim səhvlərlə durub baş-başa,
Məhkəmə qururam xəyal gözümdə,
Şahidlik edirəm mən öz-özümə.

Düşmən tanımram mən dost bilirəm,
Əhdə sadiq qalıb, deyib-gülürəm,
Yaxşıyla yamanı aşkar görürəm,
Kimsəyə hakimlik eyləmmirəm,
Hakimlik edirəm mən öz-özmə.

Pünhanə düşəmyib əyri yollara,
Arxayam, hər kəsə düşərsə dara,
Uyub şirin dilə yandım odlara,
İndi bir nağılam, baxıb közümə,
Nifrət eyləyirəm mən öz-özümə..

Punhane Eliyeva
www.kafiye.net