Dağlardan Yan Edib

Dağlardan yan edib, dumanı çəni,
Günəşə buzlarda məskən eyləmə.
Bağlardan üzdürüb, gülü qöncəni,
Üzdürmə bağların bahar qəlbini,
Bülbülü qəfəsdə dusdaq eyləmə.

Gölləri sonasız, zənəni arsız,
Kişini qeyrətsiz, bağcanı barsız.
Ilanı zəhərsiz, quşu qanadsız,
Elləri arxasız, aşıqı yarsız
Qayanı mamırsız, daşsız eyləmə.

Dünyanın pünhansa qəlbində sirri,
Eyləmə aşikar olma sərsəri.
Daşqınlı çayların olmaz bir bəndi,
Söyüddə bar verməz acsa güləri
Onu da gümansız, iysiz eyləmə.

Nə olar ya rəbbim, cayları daşsız,
Dənizi dalğasız, zəhəri də dadsız.
Xəstəni yataqda dərdi gümansız,
Dünyadan köcənin sonun məzarsız,
Tabutlar icində görsuz eyləmə.

Pünhanə, ay doğsun, parlasın gecə,
Yarpaq gövdə olmaz kök atsa yenə.
Qoyma bu talenin işığı sönə ,
Insanın qəlbində ağrılı dərdə,
Həyatı arzusuz, kamsız eyləmə.

Punhane  Eliyave

www.kafiye.net