Sızladıb İcimi

Sızladıb icimi yandırdı gülüm.
Yar etdi qəlbimi torpağa könlüm,

Sona tək üzmədim sevda gölündə,
Düşdü hay-həşirə sorağa könlüm.

Jalə süzüldükcə güllər evinə,
Qəlbimi səslədi uzağa könlüm.

Kaman tek ağladım ney tək sızladım,
Düşdü bir şaxtaya, sazağa könlüm.

Qalxdıqca arzumun mən zirvəsinə,
Döndü həzin-həzin bir dağa könlüm.

Dəmir tək atıldım bir tonqala mən,
Atdı taleyimi ocağa könlüm.

Üzümə güldükcə tale ulduzum,
Bənzədi çiçəkli bir bağa könlüm.

Pünhanə sevinim, danışım gülüm,
Qaldirdi ruhumu ayağa könlüm.

Punhane  Eliyeva
www.kafiye.net