Müəllif:Aygün Rəhmli

Qadının üsyanı

İstədiyi qayğını sevgini ömür yoldaşından görməyən qadınların adından kişilərə……..

Sənin qadın, xidmətçiymiş gərəyin
Mənimsə umduğum bir zərrə diqqət.
Bir quru təbəssüm, bir “sağ ol” sözü,
Bir də, bir qadına edilən hörmət.

Bir dəfə sormadın niye bikefsən?
Xəbərin olmadı haram ağrıyır.
Bir gün düşüdünmü xoşbəxtmi bu qız,
Yoxsa qara yazısını qarğayır?

Sən torpağı ev seçdin mən buludu
Sevgi mehin əsmədikcə dolmaram.
Unutdun, mənim sənə verdiyimi
Qaytarmasan bir də yağış olmaram?!

Nə olsun bir planetdə qalırıq,
Nə olsun uduruq eyni havanı?
Hətta bir bədəndə yaşasaq bele
Başqa dünyaların insanlarıyıq.

Ay kişiler, diqqət verin, eşq verin,
Evinizdə sevgi gülü bitirin,
Bir gün əlinizdə çörək yerinə,
Bircə dənə solmuş çiçək gətirin.

Fərqi yoxdu, Rəhimlidi, zalımdı,
Hər qadinin məhəbbətdir umduğu
Dəyişmək istəsəz ipucu verim,
Bir yol düşünün nədi göz yumduğu?
28.02.2015
Müəllif:Aygün Rəhmli
www.kafiye.net