Kategoriler

Arşivler

Xalide Nuray. Kategoriler

Tarih 20 Şub 2022 Kategori: Xalide Nuray.

Görən niyə doğulmuşam

Görən niyə doğulmuşam Ömrümün xəzan çağında, Axtarıram gəncliyimi. Bəxtimin buz baxışında, İtirmişəm dincliyimi. Qocalığın gül nəfəsi,Saçlarıma sığal çəkir. Gözlərimin quzey qarı, Yollarıma həsrət əkir. Bəxtin acı gülüşündən,Cana doyub gözlərim də. Arzularım inildəyir Qəm naxışlı sözlərimdə. Boylandığım pəncərədən, Kədər adlı yol salmışam. Bu dünyanın sərt üzünə, Görən niyə doğulmuşam? Xalidə Nuray.08.05.2019 www.kafiye.net

Tarih 1 Şub 2022 Kategori: Xalide Nuray.

Çeşmələr.

Çeşmələr. Çeşmələr qayaların, Gözlərindən süzülən Yaqut, inci yağışı… Zirvəsi ağ örpəkli Dağların sirdaşıdı. Çeşmələr ərənlərin, Həsrətinə səpilən, İntizarın alqışı, Sevgisi yarım qalan, Qızların göz yaşıdı. Çeşmələr axışıyla, İnadlara tuş gələn, Ümidlərin savaşı… Bir uduma möhtacın, Həyat çırpınışıdı. Çeşmələr,bülbüllərin, Nəğməsini bölüşən, Xoş xəyallar dünyası… Çiçəklərlə öpüşən Bir cənnət röyasıdı. Çeşmələr,göy üzündə, Sayrışan ulduzların , Füsunkarlıq aynası… […]

Tarih 1 Şub 2022 Kategori: Xalide Nuray.

Zəfər yazdın, şəhidim

Zəfər yazdın, şəhidim Hünərindən nur verdin müqəddəs ocağına, Vətəndə vətən oldun qovuşub torpağına, Əbədilik yar oldun azadlıq çırağına, Ləkələnmiş tarixə məzar qazdın, şəhidim! Qol açmışdı qəm-kədər vətən adlı yurduna, Dar günündə can deyib yetişdin muradına, Baş əydin varlığınla qələbənin adına, Aslan təki düşmənin başın əzdin, şəhidim! Cəsarətə bürünüb, mərdliyini qorudun, Ərənliyin, soy-kökün birliyini qorudun, Sən […]

Tarih 6 Oca 2022 Kategori: Xalide Nuray.

Haqqımızın haqqı ölüb. /ÜMİTLERLE AVUNURUZ…

Haqqımızın haqqı ölüb. Allah bu necə dövrandı?Gümanıyla ovunuruq.Haqqı boğub əlimizlə,Günahıyla qorunuruq. Söz kasamız dolub-daşır,Doğru deyən dil kəsilir.Quldur, oğru həddin aşır,Əl qabarlı qol kəsilir. Hökm edibdi Qarabağda,Cavanşirlər, Səfəvilər.Qeyrətiylə tarix yazıb,Şah İsmayıl Xətailər. Bu gün xain, şər qonşular,Fitnə-fəsad toxuyurlar.Qısılıb yad kölgəsinə,Bizə meydan oxuyurlar. Əsrlərdi el-obamın,Yarasına duz basıblar.Hünərini zəlil edibYaxasına şər asıblar. Yurdumuzu tikə-tikə,Bölüb yağıya satıblar.Qeyrətimi güllələyib Məhşər […]

Tarih 2 Oca 2022 Kategori: Xalide Nuray.

Yorğun ömür.

Yorğun ömür. Ömrüm təlatümlü dəniz, Zaman-zaman qisas alır fırtınalı dalğalar. Yaz ətirli illərimi, hər an udur, əjdaha qasırğalar. Yelkənsiz tənha qayığam, ümmanların qucağında, Görünməyir liman izi… Kölgəm üzür, ləpələrin yanağında. Qağayılar ov axtarır, saf sulara əksim düşən, yönü azmış baxışımda . Dəli sevdam məni asır, inçimdəki yalqızlığın, qəm toxuyan yalnışından. Kədər qonur boz sulara… Qara […]

Tarih 2 Oca 2022 Kategori: Xalide Nuray.

Görən niyə doğulmuşam

Görən niyə doğulmuşam Ömrümün xəzan çağında, Axtarıram gəncliyimi. Bəxtimin buz baxışında,  İtirmişəm dincliyimi. Qocalığın gül nəfəsi, Saçlarıma sığal çəkir. Gözlərimin quzey qarı, Yollarıma həsrət əkir. Bəxtin acı gülüşündən, Cana doyub gözlərim də. Arzularım inildəyir Qəm naxışlı sözlərimdə. Boylandığım pəncərədən, Kədər adlı yol salmışam. Bu dünyanın sərt üzünə, Görən niyə doğulmuşam? Xalidə Nuray. 08.05.2019www.kafiye.net

Tarih 19 Ara 2021 Kategori: Xalide Nuray.

Azadlıģa çıxan məhbus”! “Qarabağım”!

Azadlıģa çıxan məhbus “Qarabağım”! Zümrüdqaşlı bulaqların zümzüməsinə, Xarıbülbülün aşiqi, bülbüllərin eşq nəğməsinə, Cıdır düzündə, qonur libaslı köhlənlərin kişnəməsinə həsrət qaldığımız Qarabağım… Məhbusu olduğun zülmətin çiliklənməsini, yağmalanmış arzularının, qırılmış ümidlərimizdən yandırdığımız ocaqların hənirinə qısılıb, dan yerinin sökülməsini səbrsizliklə gözləyirik. Arabir mirvari yağmur damcıları gah içimizi göynədən yaralarımızı, gah da günəş şəfəqlərini gözləyən utancaq bənövşələrin ləçəklərinə qonan […]

Tarih 19 Ara 2021 Kategori: Xalide Nuray.

Azərbaycan əsgəri.

Azərbaycan əsgəri. Yoğrulub öz qanıyla, Ağrısına tən oldu. Can verib torpağına Müqəddəs Vətən oldu! Qeyrətimin sipəri, Azərbaycan əsgəri! Gül bitirdi şəfəqdən , Ləkəli dan üzünə. Əsdirdi zəfər mehi, Zülmətli gündüzünə. Elimin cəngavəri, Azərbaycan əsgəri! Dədə-baba yurdunu, Soy-kökünü qorudu. Bir ölüb,min dirildi , Yağıya gözdağ oldu. Qürur yeri səngəri, Azərbaycan əsgəri! Allahu-Əkbəriylə, Haqq səsinə güvəndi. Ulu […]

Tarih 9 Ara 2021 Kategori: Xalide Nuray.

Şeytanlar… Tanrıdan alıb.

Şeytanlar… Tanrıdan alıb. Dünyaya göz açdım bir qış səhəriÇatanda gecəyə baxıb ağladım.Mənimlə doğuldu ömrün qəhəri,Səsimi içimə qısıb ağladım. Hələ də danışa bilmirəm dünya,Arzular qalanıb yanır səssizcə.Doğrunu danışan dilimi sıxıb,Sözümü yeyirəm qəmlə gizlicə. Yalanlar başyeyən Bayquşa dönüb,Doğrunu danışan dilindən yeyir.Əyninə qaradan don geyindirib,Başına börk qoyub,böhtanlar deyir. Ümidsiz insana yıxılan dünya,Boğulan vicdana,boş məzar olub.Adəm övladını aldadıb çoxdan,Şeytanlar […]

Tarih 9 Ara 2021 Kategori: Xalide Nuray.

TÜRK OĞLU!

TÜRK OĞLU! Zəfər qoxusu gəlir türkün ayaq səsindən, Qeyrət, hünər boylanır türkün hər kəlməsindən, Bir millət, iki dövlət hayqıran nəfəsinlə, Vətəndə sədd çəkəni yandırıb- yax, Türk oğlu! Otuz ildir Qarabağ ayaq altda inləyir, Qəlbi səngər yurdumuz haray, imdad diləyir, Şəhid qanlı torpaqlar səndən qisas gözləyir, İldırım tək yağının başına çax, Türk oğlu! Vətən sağolsun deyib […]