Yaz təranələri Göylər yerə nur səpir, Aydınlanır ürəklər, Xəfif əsir küləklər, Xəbər verir leyləklər, Cütçü yerə dən səpir. İldırımın çaxışı, Yaz gününün yağışı, Sevənlərin baxışı, Sonda nişan taxışı, Əldə xına naxışı. ,,,,, Ürəyimdən keçəndi, İllər – günlər keçəndi, Oğlan qızı bəyəndi, Qız oğlanı seçəndi, Bənövşə bəndə düşdü. Damlalar sırğalandı, Yarpaqlar yırğalandı, Hər yara sağalandı, Bitməz […]