Kategoriler

Arşivler

Elmaya Cabbarova Kategoriler

Tarih 19 Haz 2022 Kategori: Elmaya Cabbarova

Qonaqlıq

Qonaqlıq Görmək istəyəndə əziz birini, Qohum olsun ya da bir tanıdığın, Könül quşun uçub tapar yerini, Ayrı dadı – tamı var qonaqlığın. Dönüb, dolanarlar sənin başına, Qonaq eyləyərlər bayram aşına, Qurban da kəsərlər sənin adına, Başqa bir ləzzəti var qonaqlığın. Üz – gözündən sevinc yağar hər kəsin, Ürəyindən coşub gələr həvəsin, Bəzəyib şeirin hər bir […]

Tarih 19 Haz 2022 Kategori: Elmaya Cabbarova

Qazax xəngəli

Qazax xəngəli Yaşıllıq içində geniş eyvanda, Məclis qurulanda neyli-məzəli, Ruhani, Dilqəmi saz havasında Süfrəyə yaraşır Qazax xəngəli. Sazlı-sözlü aşıq, şair diyarı, Doğma Qazağımda gözəl adət var. Uzaqdan bir qonaq gələrsə əgər, Qurudlu xəngələ qonaq edərlər. Yığışıb gələrlər dostlar, tanışlar, Danışıb-gülərlər lap sübhə qədər, Düşər yaddaşlara xoş xatirələr, Çözülər mətləblər, tale – qədərlər. Müəllif: Elmaya Cabarova. […]

Tarih 26 May 2022 Kategori: Elmaya Cabbarova

Ruhum incədən, incə

Ruhum incədən, incə Misralar üstümə hücum çəkirlər, Yazmaq niyə müşkül, nədən cətindir? Sənin əhvalına köklənmişik biz, Bilirik, düşüncən, ruhun mətindir. Qələm yazmaq istər, mürəkkəbi yox, Könlümün qübarı, dərdi – qəmi çox, Artıq inanmayır, yalanlara tox, Xəyalda yaşanan, bir hekayətdir. Ağ kağız önümdə hey gileylənir, Küsüb, uzaq durur, yan meyillənir, Mənə acıq verir, dinir, söylənir, Bəlkə […]

Tarih 26 May 2022 Kategori: Elmaya Cabbarova

Yazılarımın səsi

Yazılarımın səsi Yazılanlar könüllərdə bir nəğməyə dönürsə, ya zahirdə, ya batildə onun səsi var və o eşidilir, duyulur. O səsləri eşitmək, duymaq üçün oxuyaq.                               Hər ölkədən, hər bir eldən, Axıb gələn söz selindən, Ətri gəlir gül – çiçəyin, Dalğalanan saç telindən. Bir diyardan bir sevənə, Məktub gedir sevə – sevə, Dəyərini bilə – bilə, […]

Tarih 26 May 2022 Kategori: Elmaya Cabbarova

T a b l o

 T a b l o Mən bir rəssam olmasam da, Xəyalımda olsa belə, Bir tabloda yaratdığım, Dolaşacaq eldən – elə. Hər bəndin öz çalarını, Öz rəngini yazıram mən, Sözümə qədd, qamət verib, Öz məğməmi çalıram mən. Göy üzündə qurub hana, Mən bir xalı toxuyuram, İlmə – ilmə vurub naxış, Sevgimizdən oxuyuram. Saç telimə inci düzüb, […]

Tarih 22 Nis 2022 Kategori: Elmaya Cabbarova

Dərdli Ala qarğa

Dərdli Ala qarğa {20.04.2022. Olmuş əhvalat.} İşdən – gücdən başım açılan kimi, Eyvandan boylandım, hava qaralmış, Gördüm Ala qarğa bir memar kimi, Ən uca budaqda heykəl ucaltmış. Deyəsən küsmüşdü, mənə baxırdı, Qırıb yarpaqları yerə atırdı, Hərdən qırıldayır, səsi batırdı, Kimdən üzü dönmüş Ala qarğanın? “Etmə məndən güzar”, səsləndim ona, Eylədim nəvaziş, girdim min dona, Qəlbi […]

Tarih 17 Nis 2022 Kategori: Elmaya Cabbarova

ÜLVİ MƏHƏBBƏT

ÜLVİ MƏHƏBBƏT Ürəklər sevgiylə birləşsə əgər, Nişan üzüyünü bəzəyər zərgər, Könül simlərindən duyulan səslər, Bir Şair könlünü ilhamla bəslər, Yazıb – yaratdığı dönər dastana. ,,,,,,,,, Sevginin həm ilki, həm sonu vardır, Aradakı zaman canlı həyatdır, Sevgidən yaranan bir saf təbəssüm, Ən zərif, ən incə teldən yaranmış, Bir ömrün yoluna düşən mayakdır. O yolu getməyə həvəsin […]

Tarih 17 Nis 2022 Kategori: Elmaya Cabbarova

Sevginin gücü

Keçmişdə və indi də qalıqları mövcud olan gərəksiz və ziyanlı adətlərə, bəd əməllərə, şəxsiyyət üzərində hegemonluq “fironluğuna” qarşı çıxmağı bacaran, sevgisinə və sevdiyinə sahib çıxıb, səadətə doğru gedən mətin və sədaqətli sevgililərə gəlsin bu əsərim. Sevginin gücü ~~~~~~~~~~~~~~~~~~~~~~ Mənə bağışlanan gül – çiçəkləri, Dalğalı sahilə atıb gedirəm, Boynumdan qoparıb qızıl zənciri, Sevgimin əlindən tutub gedirəm. […]

Tarih 3 Nis 2022 Kategori: Elmaya Cabbarova

Söz mülkündədi

Söz mülkündədi Yazılan əsərlər, deyilən sözlər,Ən gözəl məkanda, söz mülkündədi,Sevinən ürəklər, süzülən gözlər,Ruhlar məbədində, söz mülkündədi. Bahalı daş – qaşdır dünyanın malı,Nazəndə qızların koftası, şalı,Mirvari sözlərdən toxunan xalı,Divardan asılıb, söz mülkündədi. Var söz xəzinəmiz, ali bir nemət,Qədrini bilənlər, qazanır şöhrət,Axtardığın dəyər, umduğun qiymət,Xiridar evində, söz mülkündədi. Yoxsa küdurətin, safsa niyyətin,Əyəcək boynunu kor cəhalətin,Elə bu dünyada […]

Tarih 3 Nis 2022 Kategori: Elmaya Cabbarova

Mübarək olsun

Mübarək olsun { Sevib – sevilənlər sizin üçün, xoşbəxt olun, diləklərimlə.} Nə gözəl bir gündür, bu toy axşamı,Təşrif buyurubdur dost, qardaş, hamı,Gəlin gur yandıraq çırağı, şamı,Bəy – gəlin gəlirlər məclisə sarı,Birlikdə söyləyək, mübarək olsun! Analar böyüdür oğulu, qızı,Atalar bəxş edir baharı, yazı,Bacılar çəkirlər ərki, həm nazı,Qardaşdır arxası, önü, hər yanı,Əl çalaq, söyləyək mübarək olsun! Bəy […]