Kategoriler

Arşivler

Xuraman Camalqızı Kategoriler

Tarih 21 Eki 2020 Kategori: Xuraman Camalqızı

Duruşu əzəmətli.

Duruşu əzəmətli. Ay – ulduzlu bayragın,Duruşu əzəmətdi!Döyüş ruhlu əsgərin,Baxışı əzəmətli! Hər qarış sərhədlərdə,Şəhidlərin qanı var.Azad olan torpaqda Dədələrin canı var. Qarabag aşiqinin,Ölümdən qorxusu yox.Torpaqı azad olsun,Başqa bir arzusu yox. Qürur duyur insanlar,Rəşadətli orduyla,Azadlıga qovuşan,Dədə, baba yurduyla. Sona bir addım qalıb,Son damla qan qalınca.Ordumuz zəfər çalar ,Laçınım alınınca. 20 .10.2020. Xuraman Camalqızıwww.kafiye.net

Tarih 18 Eki 2020 Kategori: Xuraman Camalqızı

Daglar sənə əmanət.

Daglar sənə əmanət. Ayaq izin tanıdım… Cıgırda ot yapıxmış. Gizli dag yollarını, ( sanki əliylə qoyub) Bircə, bircə tapırmış…. Meşədəki bulaqdan , Bir ovuc iç, dərmandı. Daglar sənə əmanət, Xahiş deyil, fərmandı. Meşələr sıx olsada, Cıgırlar bələdçidi. Günəş dogan dan yeri, Azdırmaz, xəbərçidi. Çətin olacaq, bəlli, Məqsədindən dönmə sən. Yolunu gözləyən var, Yalvarıram, ölmə sən. […]

Tarih 18 Eki 2020 Kategori: Xuraman Camalqızı

Bayatı sevənlər buyursun.

Bayatı sevənlər buyursun. Yol eylədik.. Daglardan yol eylədik. Laçın dəhlizin silib, Turana yol eylədik. Sevdadı, Bir istəkdi,sevdadı, Ayrılıga dözmürəm, Qarabag bir sevdadı. Şuşa bizim, Laçınla Şuşa bizim, Qarabag ürəyimdi, Zəngəzur iki gözüm. Sevinsin, Danışsın el sevinsin, Yurdumuz azad olur, Didərgin el sevinsin. Çalbayır, Dəyişibdi çöl,bayır. Kəndçilərim yıgışsın, Yol gözləyir Çalbayır. Qara göl, Yoxa çıxdın hara […]

Tarih 18 Eki 2020 Kategori: Xuraman Camalqızı

LAÇIN

LAÇIN  Laçın azad olub- duysam, Var gücümlə çıgıracam. Səsim duyulsun, istərəm, Mən sevincdən bagıracam. Sevincim buruxdu, bir az, Şəhidlərə göynəyirik. Torpagı azad edənlər, Sizə rəhmət söyləyirik. Dagılan yurdun insanı, Yıgışın, şənlənsin kəndlər. Asirlikdə yorgun düşüb, Nəhayət , dinlənsin kəndlər. 18.10.2020. Xuraman Camalqızıwww.kafiye.net

Tarih 17 Eki 2020 Kategori: Xuraman Camalqızı

Əbədi Dünyamı Gör

Əbədi Dünyamı Gör Əbədi dünyamı gör necə sarır,Yaddaşın özündə izini salır,Hələ deyilməmiş çox sözüm qalır,Ya rəbb ! Ürəyimi şeir yandırır. Vuruldum misranın duyğu selinəBağlandım şeirin incə dilinə,Közündə alışdım , döndüm külünə,Ya rəbb ! Ürəyimi şeir yandırır. Kökləndim sarı sim dillənən yerə,Düşüncəyə dalıb, lillənən yerə,Sinəm alov tutub, küllənən yerə,Ya rəbb ! Ürəyimi şeir yandırır. Mənə qanad […]

Tarih 17 Eki 2020 Kategori: Xuraman Camalqızı

Dağlar sirr saxlayandı

dağlar sır saklayandı Karcığar şarkı Güfte: Xuraman Camalqızı Beste tarihi 18 eylül 2020 Dağlar sirr saxlayandı Eşqimi dağa söylədim, Sinəsində saxlasın Buludlara söylədim ki Yağış olub ağlasın Irmaklara söylədim ki, Dərələrdə çağlasın Çiçəklərə söylədim ki Yığıb dəstə bağlasın Dumanlara söylədim ki Həsrətimə bürünsün Gözlərimin önü sıra Sirli-sirli sürünsün Yollarına söylədim ki Ömür kimi uzansın Alsın […]

Tarih 14 Eki 2020 Kategori: Xuraman Camalqızı

And.

Neçə il qabaq arzularımı şeirələrə çevirdim…və bu arzuları Cənab Prezidentimiz həyata keçirdi.Həmişə sizə inanmışıq Ali Baş Komandan!!! Bu şeiri sizin dilinizdən yazmışdım hörmətli Prezidentimiz. And. Azad olmuş Qarabagda qürur ilə gəzəcəyik,Əzəmətli daglarında qartal kimi süzəcəyik,Düşmənləri tapdalayıb,cəsarətlə əzəcəyik,Gəzdirdiyim silahıma,Baş əydiyim bayragıma,O, müqəddəs torpagıma and içirəm!!!Bu torpaqlar yadigardı babalardan,Vətən bizim anamızdı, eşitmişik atalardanSultan bəyin nəslindənik,qorxumuz yox qadalardan,Gəzdirdiyim […]

Tarih 14 Eki 2020 Kategori: Xuraman Camalqızı

Unudacaq deyiləm.

Unudacaq deyiləm. Bir şəhid ki, əli ələ dəyməmiş,Bu igidim özün hələ öyməmiş,– Vətən, sənə ,canım fəda söyləmiş,O şəhidin qarşısında əyilləm,Ömür boyu unudacaq deyiləm. Gənclik ilə uşaqlıgın arası,Anasının əziz ciyərparası,Atasının köksündə od yarası,Od düşən yer çox yanacaq, bilirəm Ömür boyu unudacaq deyiləm. Qıymazdılar yüksək yerə çıxasan,– Qorxu filmi sənə olmaz, baxasan,Bir nəsilin əzizisən axı sən,Hamı kimi […]

Tarih 12 Eki 2020 Kategori: Xuraman Camalqızı

Diz Çökecem

Gözümüz yolda ,xoş xəbəri gözləyirik .Laçınım azad olsun. Diz Çökecem Gah sevinib, gah gülürəm, Gah qürura bürünürəm. Laçın ,elə yuxalmışam, Sənə sarı sürünürəm. Bilmirəm necə olacaq, İlk görüşün mənzərəsi. Qanad verib uçuracaq, Həyacanın təntənəsi. Diz çökəcəm, öpəcəyəm , Azad olan torpagımı. Sübuta yetdi qüdrətin, Yüksəldi ulu bayragım. Xuraman Camalkızı 07.10.2020.www.kafiye.net

Tarih 12 Eki 2020 Kategori: Xuraman Camalqızı

AZADLIGIN

Kəndimizin qəhrəman oglu, Murovdagda şəhidlik zirvəsinə ucalmış vətən üçün canından keçmiş yaxın qohumum Nihad Heydər oglu Əliyevin əziz xatirəsinə.Şəhidimizin dilindən. AZADLIGIN Azadlıgın, qələbənin möhründə,Şəhid olan əsgərlərin izi var.Bu torpagı sıxsan şəhid qanıdı,Cəsarətin,igidliyin özü var. Bu döyüşlə özümüzə qayıtdıq,Bütövləşdik,yeniləndik, qurulduq,Biri ölsə ,min dogular deyiblər,Qarabaga biz yenidən sarıldıq. Tarix də susmasın haqlı davada,Oyanmışıq, dirçəlmişik, biz varıq.Qəsbkar deyilik,üzümüz […]