Kategoriler

Arşivler

Xuraman Camalqızı Kategoriler

Tarih 4 Ara 2020 Kategori: Xuraman Camalqızı

Bir dəqiqə sükut!!!

Bir dəqiqə sükut!!! Bir dəqiqə sükutla,Xatirəsi anılır,Xilaskardı şəhidlər,Baş tacımız sanılır !!! Bir dəqiqə sükutla,Qarşında baş əyirik .Xəritəmiz dəyişdi,Sizə Rəhmət deyirik !!! Bir dəqiqə sükutla,Həmişə anacagıq!Dünya durduqca sizi,Sükutla anacagıq !Sizi xatırlayacaq,Ürəkdən yanacagıq . Bir dəqiqə sükutla,Acıların ovunmaz,Yeni tarix yazdınız,Vətən sizi UNUTMAZ !!! 4.12.2020. Xuraman Camalqızıwww.kafiye.net

Tarih 27 Kas 2020 Kategori: Xuraman Camalqızı

Şah gedişidi !!

Şah gedişidi !!! Səngərin gülün dərmişik,Sərhəd boyunca sərmişik,Belə gediş görməmişik,Bu gediş Şah gedişidi! Döyüş sanki ŞAH MAT oldu,Ugurumuz qat – qat oldu,Uduzdu, susdu MAT olduBu gediş Şah gedişidi!!! Şəhid varsa torpaq da var,Nakam ruhlar dinclik tapar,Şəhidimiz rahat yatar,Bu gediş ŞAH gedişidi !!! Qarabag!!! Könlün açılsın,Bizi ayrı salan yansın,Yoluna işıq saçılsın,Bu gediş ŞAH gedişidi !!! Dagların […]

Tarih 27 Kas 2020 Kategori: Xuraman Camalqızı

Duruşu əzəmətli

Duruşu əzəmətli. Ay – ulduzlu bayragın,Duruşu əzəmətdi!Döyüş ruhlu əsgərin,Baxışı əzəmətli! Hər qarış sərhəddində,Dədələrin canı var.Azad olan torpaqda Şəhidlərin qanı var. Qarabag aşiqinin,Ölümdən qorxusu yox.Torpaqı azad olsun,Başqa bir arzusu yox. Qürur duyur insanlar,Rəşadətli orduyla,Azadlıga qovuşan,Dədə, baba yurduyla. Sona bir addım qalıb,Son damla qan qalınca.Ordumuz zəfər çalar ,Laçınım alınınca. Xuraman Camalqızı / 20 .10.2020.www.kafiye.net

Tarih 23 Kas 2020 Kategori: Xuraman Camalqızı

Müzəffər ordumuz

Müzəffər ordumuz Hardasa duygular viran olmuşdu,Hardasa ömürlər talan olmuşdu,Ömür səhifəmiz ziyan olmuşdu,İşıqlı sabaha apardı bizi,Müzəffər ordumuz qurtardı bizi!!! Dədələrin ruhu tapdaga döndü,Həyat alt – üst oldu,dünyamız söndü,Tarixi dəyişib torpaga gömdü,Töhmətin əlindən qopardı bizi,Müzəffər ordumuz qurtardı bizi!!! Ləyaqət hissini geri gətirdi,Düşməni sındırdı ,diri gətirdi,Qardaş dediyimiz piri gətirdi,Bu günə qismətmiş, tapardı bizi,Müzəffər ordumuz qurtardı bizi!!! Vətənə əbədi […]

Tarih 14 Kas 2020 Kategori: Xuraman Camalqızı

Ünvansız şeirlərim

Ünvansız şeirlərim. Məni sarı simdə imtahan edib,İpəyə bürüyüb, xara çəkirsən.Günahım olmadan hökm eyləyib,Məhşər ayağında dara çəkirsən. İllər keçib gedir,qarıyıram mən,Əl açan kimsəyə yarıyıram mən,Parlaq səhifəmi qoruyuram mən,Qızılı rənglərə qara çəkirsən. Özüm uydurduğum nağıl oluram,İçimə qapanıb fağır oluram,Əzəldən beləyəm, ağır oluram,Gör sən Xuramanı hara çəkirsən ?! Xuraman Camalqızı / 14.11.2018. www.kafiye.net

Tarih 6 Kas 2020 Kategori: Xuraman Camalqızı

Susdura bilmirəm səni.

Susdura bilmirəm səni. Ruhumumun yorulan vaxtına düşdü,Gözlərimi yumub dinlədim səni.Şeirə vurgunluq canımı aldı,Nəfəsimi tutub dinlədim səni. Sehirli bir eşqlə kitaba döndün,Əzbərin mükəmməl, xitaba döndün,Şeir pıçıldayan otaga döndün,Gözlərimi yumub dinlədim səni. İlahi eşq göydən asılı qaldı,Şeirlər köksünə qısılı qaldı,Səsinin sehrində xəyala daldım,Nəfəsimi tutub dinlədim səni. Hər gün kəşf edirəm, elə bil yeni,Ruhuna şeirlər baglayır məni,İçimdə susdura […]

Tarih 6 Kas 2020 Kategori: Xuraman Camalqızı

And.

Neçə il qabaq arzularımı şeirələrə çevirdim…və bu arzuları Cənab Prezidentimiz həyata keçirdi.Həmişə sizə inanmışıq Ali Baş Komandan!!!Bu şeiri sizin dilinizdən yazmışdım hörmətli Prezidentimiz. And. Azad olmuş Qarabagda qürur ilə gəzəcəyik,Əzəmətli daglarında qartal kimi süzəcəyik,Düşmənləri tapdalayıb,cəsarətlə əzəcəyik,Gəzdirdiyim silahıma,Baş əydiyim bayragıma,O, müqəddəs torpagıma and içirəm!!! Bu torpaqlar yadigardı babalardan,Vətən bizim anamızdı, eşitmişik atalardanSultan bəyin nəslindənik,qorxumuz yox qadalardan,Gəzdirdiyim […]

Tarih 6 Kas 2020 Kategori: Xuraman Camalqızı

Unudacaq deyiləm

Unudacaq deyiləm. Bir cavan ki, əli ələ dəyməmiş,Bu ogul ki, özün hələ öyməmiş,– Vətən, sənə ,canım fəda söyləmiş,O şəhidin qarşısında əyilləm,Ömür boyu unudacaq deyiləm. Gənclik ilə uşaqlıgın arası,Anasının əziz ciyərparası,Atasının köksündə od yarası,Od düşən yer çox yanacaq, bilirəm Ömür boyu unudacaq deyiləm. Qıymazdılar yüksək yerə çıxasan,– Qorxu filmi sənə olmaz, baxasan,Bir nəsilin əzizisən axı sən,Hamı […]

Tarih 25 Eki 2020 Kategori: Xuraman Camalqızı

Şehidliye

Müharibələrin yaşayan abidələri – Qazilərə həsr edirəm… Hörmət və ehtiramla. Şehidliye Sərhəddimiz xainliklə talandı,Vətən eşqi !– başqa nə var yalandı,Namərd güllə gicgahını yaladı…Şəhidliyə bircə addım qalmışdı. Andınızdan dönmədiniz Qazilər!Yara alıb, dinmədiniz Qazilər,Vuruldunuz, ölmədiniz ,Qazilər…Şəhidliyə bircə addım qalmışdı. Sipər etdin şirin canı Vətənə,Fəda etdin şərəf – şanı Vətənə,Keçən günü, gələn anı Vətənə…Şəhidliyə bircə addım qalmışdı. Son […]

Tarih 21 Eki 2020 Kategori: Xuraman Camalqızı

Bu Gün Biz Hamımız Qarabağlıyıq.

Bu Gün Biz Hamımız Qarabağlıyıq. Təmkinlisən ,ana torpaq dözürsən,Bir bütünsən oğullarla özün sən,Qürur yerim harayla sən, səslə sən,Bu torpağa, bu vətənə bağlıyıq, Bu gün biz hamımız Qarabağlıyıq. Qarabağım ağır eldi , bilirsən,Şivəsi çox şirin dildi, bilirsən,Tufandı, çovğundu, seldi, bilirsən,Uca dağlar kimi şah vüqarlıyıq, Bu gün biz hamımız Qarabağlıyıq. Dərdimiz yox, Qarabağdı dərdimiz,Yol gözləyir şəhərimiz, kəndimiz,Hər […]