Kategoriler

Arşivler

Fəridə Köçərli İbrahimova Kategoriler

Tarih 22 Eyl 2021 Kategori: Fəridə Köçərli İbrahimova

,,Doganaqdan keçər örkən”

,,Doganaqdan keçər örkən” Uşaq ikən eşitmişdim, Doganaqdan keçər örkən. Mənasını istəmişdim Gün gələcək,…dedi,öyrən , Doganaqdan keçər örkən . Nahaq qanlar,,burulsa”da, Bulananlar, durulsa da, Düzə divan qurulsa da, Üzə çıxar əsil görkəm, Doganaqdan keçər örkən. Namus,qeyrət azalsa da, Mərd namərdə yozulsa da, Toxlar acdan bac alsa da, Çox getməzlər belə ötkəm . Doganaqdan keçər örkən. Vəzifədə […]

Tarih 28 Ağu 2021 Kategori: Fəridə Köçərli İbrahimova

Şəhid oldular

Şəhid oldular Ürəklər həsrətdən buzla baglandı, Bir dilim istiyə möhtac qaldılar… Ruhlar sozaldıqca, hisslər talandı, Dözmədi arzular, şəhid oldular. Əsir qız gəlinlə qeyrət itirdik Axan qan selinə səbir gətirdik… Satqınlar əlindən ,,nəzir” götürdük. Dözmədi arzular, şəhid oldular. Kiminin qəbiri qazılı qaldı, Kimi namazdaydı,qəzalı qaldı, Toylara dəvətlər yazılı qaldı. Dözmədi arzular şəhid oldular. Acı xatirələr kələf […]

Tarih 17 Ağu 2021 Kategori: Fəridə Köçərli İbrahimova

Sevəmmərəm

Bir şeirdə deyir ki,ikimizin əvəzinə sevərəm,sən sevməsəm də olar. Sevəmmərəm Söz versəm də hərdən özüm özümə, Sevəmmərəm ikimizin yerinə. Eşq diqqətsə,yer yox əzmə, dözümə. Ölçü sıgmaz öz sevgi dəyərimə, Sevəmmərəm ikimizin yerinə. Sevmək olmaz iki aşiq əvəzdən, Söyləyənlər bunu söylər məzədən, Sənsiz ölüb,dirilsəm də təzədən, Sevgim dərya,ha baş vursam dərinə, Sevəmmərəm ikimizin yerinə. Hər cəfaya […]

Tarih 7 Ağu 2021 Kategori: Fəridə Köçərli İbrahimova

Qısqanıram şeirlərimə

Qısqanıram şeirlərimə Nə ilham pərimsən,nə mənə təbsən Səni qısqanıram şeirlərimə.Elə bil təbimə sən bir təbibsən,Qələmsiz hopursan sətirlərimə Səni qısqanıram şeirlərimə. Gah nifrət edirəm,yaddaşdan atıp,Yüz cür iş görürəm, başımı qatıb,Ruhum ilhamıma hissimi satıb, Duygumu çevirib sənin əsrinə.Səni qısqanıram şeirlərimə. İçimdə ,,yuyuram təmiz sərirəm”,,,Bəlkə düzələcək”-sinə gərirəm,Təəssüf, kollugu gültək becərrəm…Daha dözəmmirəm kəm-kəsirinə,Səni qısqanıram şeirlərimə. Fəridə Köçərli 01.08.21. www.kafiye.net

Tarih 24 Tem 2021 Kategori: Fəridə Köçərli İbrahimova

Anamın yaylıgının qoxusu / İstiyir

Anamın dünyamızdan getdiyi gün 25 iyul.Bu ilki qədər anama ehtiyacım olmamışdı. Laçınından bir çimdik torpaq istəmişdin-gözümə səpin-demişdin.Nəvələrin Yusif,Emin Laçına qədər müharibədə iştirak etdilər,paylarına zəfərlə bərabər,bir ovuc torpaq da düşdü.Məzarına səpdik ana,ruhuna ayan oldumu,bilmirəm!Kaş ki,bu günü görəydin. Atamın məzarı 30 ildir Laçında ziyarətsiz,səni isə tez-tez ziyarət etsək də,nisgil ürəyimizə,həsrət ruhumuza hopub.Xəstələnmişdim,qəza keçirmişdim həm də, gec sagaldım… […]

Tarih 14 Tem 2021 Kategori: Fəridə Köçərli İbrahimova

Yalan xoruz banı kimi

Yalan xoruz banı kimi Hər bir şərin öz xeyri var, Qaranlıgın sonu kimi. Dərdi verən çarə tapar, Ruha verən canı kimi. Çəkildikcə hər sınaga, Ya qaraya, ya da ağa, Şükürlüyəm sola, sağa, Gecəyə sübh danı kimi. …Əzab çəkdim yatagımda, Dostlar ələk daragında, Çoxu-öz kef-damagında, Azı- dogmam qanı kimi Dərdlərim Allah qonagı Günahımın bir qınagı, Dərs […]

Tarih 1 Tem 2021 Kategori: Fəridə Köçərli İbrahimova

Soyuq insanlar

Soyuq insanlar Gəlib dünyamızı soyutmayaydız, Biganə insanlar, soyuq insanlar. Xoş gələn taleyi yubatmayaydız. Sizinçün fərqi yox yaxşı, yamanlar, Biganə insanlar, soyuq insanlar. Yazı tərsinədi, qışı tərsinə Ona heç fərqi yox,qoca,tər sinə. Nə qədər agıl qoy, ,,döy” təpəsinə Xeyri yox yenə də seçər yalanlar Biganə insanlar, soyuq insanlar. Onlar çox oxşayır göy ilgımına*, Keçilməz soluna, nə […]

Tarih 8 Haz 2021 Kategori: Fəridə Köçərli İbrahimova

Bir şair ömrü /(2-ci hissə)

Bir şair ömrü (2-ci hissə) Şairin intiharı (sərbəst-birbaşa) Yenə o şairin oldugu küçə.. O, dar pəncərəli, dar çərçivəli, Dabanı yeyilmiş, köhnə cəftəli Vaxtsız, ya vaxtında döyülən qapı Mənə boylanmadı, asdı suratı… Bu həmin küçəmi , kecmiş yaddaşım?! Qaranlıq o otaq nura boyanıb.. Küncdə közərən şam alovlanaraq, Əllərdə şairə agı deyirdi… Getdiyi son yola nur ələyirdi. […]

Tarih 7 Haz 2021 Kategori: Fəridə Köçərli İbrahimova

Şair ömründən.3 cü his.

Şair ömründən.3 cü his. Şairlə son görüş Neçə vaxt qəlbimdə büllur sevgimə, Ehtiyat ucundan duman bələdim… Şairlə sonuncu o görüşümə, Mən nur səpəcəydim, leysan ələdim … Mən onun gözünə görsənməsəm də, İntihar yuxusu, kasıb daxması… Görən gözlərimə bir dag çəksə də.. Dərddir yaddaşımda bitib qalması. Aglımla düşünüb, bacara bilsəm, Qəlbin ayagına qandal vuracam! Qəsdən öz-özümü […]

Tarih 6 Haz 2021 Kategori: Fəridə Köçərli İbrahimova

Yalandan ömrümü yaşamadım mən

Məni tanıyanlar bilir ki,ilk,son sevgimizdir ailəmizin xoşbəxtliyi. Yalandan ömrümü yaşamadım mən Keçsəm də əzablı həyat yolunu, Yalandan ömrümü yaşamadım mən. Boldan əl götürdüm,verdim dolunu. Bəxtimin payını daşımadım mən. Yalandan ömrümü yaşamadım mən. Çoxunuz soruşur:,-niyə bədbinəm? -Bərəsiz bir çayda azmış bəndəyəm, Hər şerin nisgilli,həsrət bəndiyəm. Dərddən ,,kəbinliyəm”,boşanmadım mən, Yalandan ömrümü yaşamadım mən. İlk sevgi yaşadıb məni […]