Kategoriler

Arşivler

Sakit Məmmədov Kategoriler

Tarih 4 Tem 2019 Kategori: Sakit Məmmədov

Barışammıram.

Bahar çiçəyiyəm, qışda açmışam,
Amansız zamanla barışammıram.
Günəşə aldanıb, ətir saçmışam,
Mənasız gümanla barışammıram.

Tarih 4 Tem 2019 Kategori: Sakit Məmmədov

Vayıma gəlmə! 

Son dəfə danışdıq, qurtardı söhbət,
Daha gileyə də qalmadı sözlər,
Son sözün bu oldu,” bitdi məhəbbət”,
Nifrətdən od alıb, parladı gözlər.

Tarih 20 Haz 2019 Kategori: Sakit Məmmədov

Qarabağı alanmazsan

Sən var-dövlət yığmaq ilə,
Qarabağı alanmazsan.
İgidləri sıxmaq ilə,
Heç vaxt zəfər çalanmazsan.
Qarabağı alanmazsan.

Tarih 20 Haz 2019 Kategori: Sakit Məmmədov

Sizsiz mən neynəyəcəyəm

Dostum, yazırsan ki, gedirəm kəndə,
Görəsən mən sizsiz nə edəcəyəm?
Dağlarımız dərman hər cürə dərdə,
Nəvəmlə qalxacam, sevinəcəyəm,
Görəsən mən sizsiz nə edəcəyəm?

Tarih 19 Haz 2019 Kategori: Sakit Məmmədov

Müşfiqanə

Son zəngin vaxtıdır,indi vurular,
Tutqun könüllər də artıq durular.
Mənimsə qəlbimdən sorur duyğular,
Bu zəngli saatdan necə ayrılım?

Tarih 19 Haz 2019 Kategori: Sakit Məmmədov

Son zəng

Sevimli uşaqlar, bu günçü son zənğ,
Çalınıb, sizlərdən ayırar bizi.
Geyinib, çekinib olmusuz qəşəng,
Belə gözəl görək, hər zaman sizi.

Tarih 19 Haz 2019 Kategori: Sakit Məmmədov

Deyirlər.

Dostlar,şeriyyatı duyub, qanandan,
Şairlər qoşmanı belə deyirlər.
Ehtiyat eləyib, qısqanc canandan,
Ən gözəl sözləri “gülə” deyirlər.