Kategoriler

Arşivler

Sakit Məmmədov Kategoriler

Tarih 3 Tem 2020 Kategori: Sakit Məmmədov

Nə var?

Nə var? Əl açıb dilənsə yollarda tifil,Halına acıyıb, baxmağa nə var?Verdiyin tikəni zəhrimar edib,Yazıgın başına qaxmağa nə var? Ən böyük lənətdir elin qarğışı,Dağtək ucalarsan olsa alqışı.Səni dəstəkləyən dostu, tanışı,Alçalda-alçalda qalxmağa nə var? Sözləri incitək düzməyi öyrən.Əngin səmalarda süzməyi öyrən.Balıqtək dəryada üzməyi öyrən,Çayların qoynunda axmaga nə var? Hələ görməmişəm qayıdıb gələn,Yəqin ki, cənnətə düşür hər ölən.Günəş […]

Tarih 25 Haz 2020 Kategori: Sakit Məmmədov

Barışammıram

 Barışammıram Bahar çiçəyiyəm, qışda açmışam,Amansız zamanla barışammıram.Günəşə aldanıb, ətir saçmışam,Mənasız gümanla barışammıram. Kəsməz qarşısını pul fəlakətin,Vaxtında fikirləş, öz aqibətin.Əgər istəyirsən, gülsün sifətim,Yaxşı ol, yamanla barışammıram. Adam var, əyninə gəzir zər-xara,Adam var, çörəkçün axtarır para.Kasıbı hər yerdə çəkirlər dara,Bu dini- imanla barışammıram. Ömrümüzdən gedir, səbr ilə hər an,Bəkə “bir tikədir”, bizi çaşdıran?Vallah göz yaşıdır, qəlbi daşdıran,Dərd […]

Tarih 4 Haz 2020 Kategori: Sakit Məmmədov

İnanmır mənə

İnanmır mənə Gözəllərlə dolu eşq oylağında,Bir gözəl seçmişəm, inanmır mənə.Ğözümün yaşıyla göz qabağında,Arazı keçmişəm, inanmır mənə. Onu bənzədərək dan ulduzuna,Dözmüşəm, dözəcəm hər bir nazına.Gözü eşq atəşli kafər qızına,Yüz yol and içmişəm, inanmır mənə. Deyəsən ah-naləm gedəcək hədər,Hər sözü qəlbimə yükləyir kədər.Uzun gecələri səhərə qədər,Eh, nələr çəkmişəm, inanmır mənə. A dostlar, hər günüm ömrə yük gəlir,Sevəndə […]

Tarih 3 Haz 2020 Kategori: Sakit Məmmədov

Qalıb

“Qartal, o zirvədən belə dur, belə,İnsanam, zirvədə mən olmalıyam.” ( B. Vətənoğlu.) Qalıb Qartal, o zirvədə sən möhkəm dayan,Mənimsə uçmağım Allaha qalıb.Alıblar dənizi, dağları pulnan,Bizə ayı eşən, boş kaha qalıb. Qartal, uç o yerə gətir bir soraq,Orda da satılıb yoxsa zirvə, dağ?Alətə çevrilib əldə Qarabağ,Deyəsən çarəmiz of-aha qalıb. Nə olsun ki, bu xalq yağdırır lənət,Həyasız […]

Tarih 28 May 2020 Kategori: Sakit Məmmədov

Yuxuna qurban

 Yuxuna qurban Niyə belə erkən gözü nəmlisən?Röyamı görmüsən?, yuxuna qurban.Qaşların çatılıb, niyə qəmlisən?İslaq kirpiklərin oxuna qurban. Buyur çək istəsən, sınağa məni,Elə öz ömrünə sadağa məni.Qısqanma ötəri alağa məni,Güldən gözəl olan, qoxuna qurban. Sən, ay ürəyimin arzu, diləyi,Taleh bəxş eyləyən, sevgi mələyi,Əgər bacarsaydım, əsən küləyiQoymazdım, telinə toxuna qurban. Sakitəm, çox şeyi səndən danmışam,Gözəllər önündə xırdalanmışam.Təmiz məhəbbətə […]

Tarih 22 May 2020 Kategori: Sakit Məmmədov

Görmüşəm

Bu gün daha 1 il getdi ömrümdən…, Allah bütün dostlarımı qorusun, amin! Görmüşəm Göz açıb dünyaya çox illər əvvəl,İlk dəfə günəşli yazı görmüşəm.Totuq uşaq idim, daim qucaqda,Anam necə çəkib, nazı görmüşəm. Atam müəllimdi, sadə bir insan,Bütün işlərimə tapardı nöqsan.Tələbə olanda, məntək oğulnan,Atamı özündən razı ğörmüşəm. Notlar dolanaraq bəmdə, həm zildə,Eh, nələr ğörmədim, altmış üç ildə.Yaxşı […]

Tarih 21 May 2020 Kategori: Sakit Məmmədov

Oxuma, qardaş

Oxuma, qardaş Sakit Qarabağ gedəndən yaralanıbdır,Şikəst “şikəstəni” oxuma, qardaş.Vətəntək şikəstəm paralanıbdır,Yaralı qəlbimə toxuma, qardaş,Şikəst şikəstəni oxuma, qardaş. Fəridə Qərib şikəstəni necə oxudun?Şikəst şikəstəni oxuma, qardaş.Qarabag havasın necə qoxudun?Qara bəxt torpaga gəl olaq sirdaş,Şikəst şikəstəni oxuma, qardaş. Sakit Bu kiçik əsərdə hicran səsi var,Qarabağ mehinin titrəməsi var.Şəhid ruhlarının min naləsi var,Çatmır ki, bu haray çoxuna, qardaş,Şikəst […]

Tarih 5 May 2020 Kategori: Sakit Məmmədov

Qayıdıb öz dinimə, Rəbbə sitayiş edirəm.

Qayıdıb öz dinimə, Rəbbə sitayiş edirəm. Oxuduqca Quranda, ayələri dərsdi mənə,Bilirəm indi nədir əyyaşlığın qəsdi mənə.Ömrümü zay elədim, bu nadanlıq bəsdi mənə,Nankorluq eylədiyim günləri təftiş edirəm,Qayıdıb öz dinimə, Rəbbə sitayiş edirəm. Bəllidir müsəlmana bu kitabın səlnaməsi,Ecazkar musiqidir, müqəddəs quran ayəsi.Bütün cismim titrəyir, eşidəndə azan səsi,Öz azad ruhum ilə göylərdə gərdiş edirəm,Qayıdıb öz dinimə, Rəbbə sitayiş […]

Tarih 4 May 2020 Kategori: Sakit Məmmədov

Niyə şair etdin məni,İlahi?~

Niyə şair etdin məni,İlahi?~ Fələyin mənimlə nədir qərəzi?Niyə şair etdin məni, İlahi?Köçdürdün qəlbimə payız əvəzi,Dumanı,nisgili,çəni,İlahi.Niyə şair etdin məni, İlahi? Bir gözüm ağlayır,bir gözüm gülür.Bir yetim görəndə dizim bükülür.Arxalı “itlər” də üstümə hürür,Günahım böyükmü yəni,İlahi?Niyə şair etdin məni, İlahi? Qurandan oxuyub,tanıdım səni,Özün öyrətmisən düzlüyə məni.Susdur kasıblara gülən “kimsəni”,Qıyma ki, etsinlər, “təni” , İlahi.Niyə şair etdin məni, […]

Tarih 22 Nis 2020 Kategori: Sakit Məmmədov

Közümdən məni

Közümdən məni Tanımaq istəsən məni, əzizim,Çalış öyrənəsən özümdən məni.O, qədər safdır ki, arzu, diləyim,Uşaq da oxuyur gözümdən məni. Düzə əyri deyib, yolumu azsam,Şöhrətə, dövlətə uyub, dolaşsam,Ölümdən qorxaraq, yalan danışsam,Asın düz olmayan sözümdən məni. Həyatda öz yolum olubdu mənim,Haqq sözüm haqsıza kəsilib qənim.Qarabağ uğrunda ölsəm, nə qəmim?Öpəcək sevgilim, üzümdən məni. Sakitəm, xoş günü mən unutmuşam,Vətəni, milləti […]