Kategoriler

Arşivler

Təvəkkül Goruslu Kategoriler

Tarih 17 Tem 2018 Kategori: Təvəkkül Goruslu

GÖYNƏDİ

Eşqə düşmək şərt deyil ki,
Qəmi bölmək dərd deyil ki,
Demə şair pərt deyil ki,
Dərdimin üzü göynədi!

Tarih 17 Tem 2018 Kategori: Təvəkkül Goruslu

DOYMADIM

Dünyaya həm fani, yalan dedilər, 
Şahları taxtından salan dedilər, 
Bəhmən söylədilər, filan dedilər, 
Doymadım nə səndən, sənli dünyamdan!

Tarih 17 Tem 2018 Kategori: Təvəkkül Goruslu

QALMIŞAM

Güldən ayrı düşən arı kimiyəm,
Yıxılmış zirvənin qarı kimiyəm,
Bir az da solmuşam sarı kimiyəm,
Sən olan dünyada sənsiz qalmışam!

Tarih 26 Nis 2018 Kategori: Təvəkkül Goruslu

SIĞIN ALLAHA

Hər gecə xəyalən hal- əhval bilib,
Xəyalın sorardım, cavab alardım.
Beləcə könüldən həsrəti silib,
Yuxuya, röyaya sənlə dalardım.

Tarih 26 Nis 2018 Kategori: Təvəkkül Goruslu

BU MƏHƏBBƏTDİ

Qoşa izlərimiz silinir indi,
“Yarım”ız ayrılır, bölünür indi,
Tənhalıq acısı bilinir indi,
Səninlə hər anım əbədiyyətdi!

Tarih 26 Nis 2018 Kategori: Təvəkkül Goruslu

QAYDASI YOX Kİ

İlahi, sən qaytar məndən gedəni,
Canımdan can qopub, sızlayır yeri.
Gəl qaytar , bu məni məndən edəni,
Vallahi, mən olmam, dönməsə geri!