Kategoriler

Arşivler

Govhar Rustamova Kategoriler

Tarih 18 Eki 2017 Kategori: Govhar Rustamova

QADIN SİRLİ DÜNYADIR…

Toya son hazırlıq işləri görülürdü.Bütün qohumlara,yaxınlara,dost – tanışlara dəvətnamələr paylanmışdı.
Dəvət olunanlar içərisində sevinib təbrik edənlər, xeyir-dua verənlər çoxluq təşkil etsə də ,qınayanlar da vardı.Hətta Süsənin qulağına ” Camaat kənddən şəhərə qaçır,bunlar şəhərdən kəndə qız verirlər ” kimi söhbətlər də çatırdı.Amma bunlar Süsəni qorxutmurdu.Elşənlə ailə qurub xoşbəxt olacağına tam əmin idi.

Tarih 23 Eyl 2017 Kategori: Govhar Rustamova

QADIN SİRLİ DÜNYADIR / 22-ci bölüm

Ona elə gəldi ki,havası çatmır,boğulur.Cəld eyvana çıxdı,ordan otağına keçdi…Qızının vurnuxduğunu görən Mayisə narahat oldu:
-Nə olub qızım?Zəng vuran kim idi?
-Narahat olma ,ana.Gülnar idi.

Tarih 16 Eyl 2017 Kategori: Govhar Rustamova

QADIN SİRLİ DÜNYADIR/21-ci bölüm

Elşəni yola saldıqdan sonra Gülnarın başı həyət işlərinə qarışmışdı , amma qardaşı ilə olan söhbət onu rahat buraxmırdı.Ürəyində elə hey nələrisə götür-qoy edir,məsələni Süsənə necə açıb deyəcəyi barədə düşünürdü…
Süsən kifayət qədər dincəlmişdi,evdə oturmaq artıq onu sıxırdı.Bir neçə yerdən iş təklifi alsa da,ürəyinə yatanı yox idi.Başqa bir narahatçılığı da vardı…

Tarih 16 Eyl 2017 Kategori: Govhar Rustamova

QADIN SİRLİ DÜNYADIR/17

Süsən kəndə gəlişindən o qədər məmnun idi ki,nə vaxtsa buranı tərk edəcəyi barədə heç düşünmək belə istəmirdi.Kəndin təmiz havası,suyu,gözoxşayan mənzərəsi,xoşxasiyyət adamları onu valeh etmişdi.Hər gün evə zəng vurur,ata-anası ilə istədiyi qədər danışırdı.Bircə anasının bu xəstəliyi olmayaydı….

Tarih 27 Ağu 2017 Kategori: Govhar Rustamova

QADIN SİRLİ DÜNYADIR

Qadir dediyinə əməl edirdi.Alqı-satqı ilə əlaqədar nə vaxt Bakıya gəlsə,Gülnarı da özü ilə gətirər,Süsəngildə qoyub,işlərinin ardınca gedərdi….Qızlar baş-başa verib söhbət etməkdən doymazdılar…..Mayisə onların bu dostluğuna çox sevinərdi.Hərdən Qadirdən icazə alıb,Gülnarı bir neçə gün qonaq da saxlayardı.Tətil günlərində onları gəzintilərə,tamaşalara,bayram şənliklərinə aparar,vaxtlarının səmərəli keçməsi üçün əlindən gələni əsirgəməzdi…

Tarih 19 Ağu 2017 Kategori: Govhar Rustamova

QADIN SİRLİ DÜNYADIR

Gülsümün dəfni doğma kəndlərində oldu..Gülnargil hamılıqla orda idilər.
Qonşular elə hey onlardan danışır,olanlara təəssüflənirdilər….Hamı uşaqlardan nigaran idi.Süsən də Gülnarın xiffətini çəkirdi,yadına düşdükcə gözləri dolurdu….Sevimli rəfiqəsi indi neyləyirdi?Nə vaxt Bakıya dönəcəkdi?

Tarih 19 Ağu 2017 Kategori: Govhar Rustamova

QADIN SİRLİ DÜNYADIR..

Uşaq nəsə hiss edirmiş kimi ciddi görkəm aldı.Donuq baxışları Mayisənin ürəyinə xəncər kimi sancıldı..Qız elə bil bu bir neçə dəqiqədə böyüdü…Mayisə uşağın həyəcanını azaltmaq üçün səsini mülayimləşdirdi.”Belə lazımdır qəşəng balam.Ananın vacib işi çıxdı,məndən xahiş etdi ki,səni məktəbdən götürüb evimizə aparım…

Tarih 19 Ağu 2017 Kategori: Govhar Rustamova

QADIN SİRLİ DÜNYADIR..

Xəyalları onu haralara aparmışdı…Özündən üç yaş böyük qardaşı üçün qız qapısına getmək,şirin çay içib xeyir-dua vermək,xonçalar tutub nişan aparmaq,toy tədarükü..və…və…bir gün bibi olacağı xəbəri….İlahi!..Yəni bunlar gercəkdə baş verəcəkdimi?..Aman Allah! hər şey xəyallardakı kimi düz və hamar olsaydı… İçinə sevinc dolu bir narahatçılıq çökdü…Gözləri yol çəkdi… Yaşadıqları bir anda kino lenti kimi fikrində canlandı….