Kategoriler

Arşivler

Gövher Rüstemova Kategoriler

Tarih 21 Oca 2018 Kategori: Gövher Rüstemova

QANLI YANVAR

Tariximin Qan yaddaşı – 20 Yanvar!
Apardın özünlə neçə taleni…
Nə yaddan silinər , nə unudular 
Bükdün milyonların qədd – qamətini…

Tarih 4 Kas 2017 Kategori: Gövher Rüstemova

Qoymaz bəndəsini naümid ALLAH

Tanrımızdan gələn hər ünə şükür!
Hər səhərə şükür, hər günə şükür!
Şükür, Yaradanın özünə şükür!
Dualardan sonra deyək ” İnşAllah ! ”

Tarih 23 Eyl 2017 Kategori: Gövher Rüstemova

QADIN SİRLİ DÜNYADIR / 25-ci bölüm

Nazimlə söhbət asan olmasa da,Mayisə onu yola gətirmişdi.
Hər iki ailə arzu-kamla xeyir işə hazırlaşırdı.Gülnar qonşu qızların köməyilə elə gözəl xonçalar düzəltmişdi ki,baxan bir də baxmaq istəyirdi.El adəti,ağsaqqal,ağbirçək xeyir-duası ilə Süsəngilə nişan gəldi.Böyüklərin məsləhəti ilə toy da çox yubanmayacaqdı.Odur ki,kənddəki ev sahmana salınır,Süsən üçün alınan iri cehizlər birbaşa ora daşınırdı.

Tarih 23 Eyl 2017 Kategori: Gövher Rüstemova

QADIN SİRLİ DÜNYADIR / 24-cü bölüm.

-Gəl,-qızım ,gəl ,- dedi.Ürəyindən nə keçirsə,de.Çəkinmə.
Süsən anasını qucaqladı.Başını onun çiyninə qoydu:
-Bilirsən,- dedi.Ürəyim məni Gülnargilə,kəndə çəkir.Başım ev işlərinə qarışıq olanda belə,fikrim ,xəyalım oralara uçur.Orda yaşadığım günləri təkrar-təkrar yaşamaq istəyirəm.Allah o yerlərdən heç nəyi əsirgəməyib.O ilahi gözəlliyi təsvir etməyə sözlər də

Tarih 23 Eyl 2017 Kategori: Gövher Rüstemova

QADIN SİRLİ DÜNYADIR/23 -cü bölüm

Gülnar Elşənin gəlişini səbrsizliklə gözləyirdi.Zarafat deyil,telefonla da olsa,elçilik etmişdi…Özünün-özünə gülməyi tutdu:”Lap kinodakı Qədir kimi…Bu himcim nə yaxşı şeydi!”…
Qardaşı içəri keçər-keçməz qabağına yüyürdü.Boynunu qucaqlayıb üz-gözündən öpdü.Elşən bacısının davranışından bir şey anlamasa da,hər halda yaxşı nə isə eşidəcəyini zənn etdi:

Tarih 27 Ağu 2017 Kategori: Gövher Rüstemova

QADIN SİRLİ DÜNYADIR

Elşən darvazanı açıq görüb,bacısının şəhərdən qayıtdığını anladı.Ucadan:
-Ay səni şeytan!Harda gizlənmisən,çıx görüm!,-dedi.İri addımlarla evə tərəf gedirdi ki,qəfildən qarşısına Süsən çıxdı…Hər ikisi bir anlığa duruxdular…Baxışlar toqquşdu…Elşən bacısının getməzdən əvvəl dediyi sözləri xatırladı:”Görüm,gətirə bilsəm,Süsəni evimizə qonaq gətirəcəm”..Demək,bu qız Süsən idi..İlahi,necə gözəlləşmişdi…

Tarih 27 Ağu 2017 Kategori: Gövher Rüstemova

QADIN SİRLİ DÜNYADIR

Şəkildən ona ağbəniz,iri qara gözlü,saçları səliqə ilə daranmış,mehriban,gülərüz bir qız baxırdı.Elə bil dil açıb danışacaqdı..Elşən təəccübünü gizlətmədi:
-Bu həmin o Süsəndir?Balaca,toppuş Süsən?…Necə böyüyüb,dəyişib!…Nə gözəl qız olub!
-Çirkin idi ki?..-Gülnar gözlərini qıyıb bic-bic Elşənə baxdı..

Tarih 22 Tem 2017 Kategori: Gövher Rüstemova

Qoymaz bendesini naümid ALLAH!

Tanrımızdan gelen her üne şükür!
Her sehere şükür, her güne şükür!
Şükür, Yaradanın özüne şükür!
Her duadan sonra deyek inşaAllah

Tarih 24 Haz 2017 Kategori: Gövher Rüstemova

Donuq Baxışların

Donuq baxışların derinliyinde
Cavabsız suallar qat -qat qalanıb….
Qelbinin elçatmaz enginliyinde
Xeyallar arzuya, kama calanıb…..

Tarih 1 Haz 2017 Kategori: Gövher Rüstemova

Sen vetene emanet!

Qoç igidim, ner övladım, möhkem dur!
Qanındadır, canındadır deyanet.
Sensen pervazlanan, uçan qanadım
Veten sene, sen Vetene emanet!