Kategoriler

Arşivler

Nahide Tağıyeva Kategoriler

Tarih 13 Nis 2017 Kategori: Nahide Tağıyeva

SÖYÜDÜN GÖZ YAŞLARI,,

Qəlbinə dolan ağır kədər onu bir daha keçmişə doğru apardı.Kövrəldiyini evdə kimsəyə hiss etdirməmək üçün qapını səssiz açıb evdən çıxdı.Kim bilir ayaqları onu yenə haraya çəkib aparacaqdı.Evin qapısını örən kimi gözlərindən süzülən iki damla isti göz yaşı yanaqları aşağı yuvarlanıb boynuna sarı süzüdü.Addımlarını tezləşdirib evdən uzaqlaşmağı bacardı.Gecəni yuxusu qaçmışdı.

Tarih 20 Mar 2017 Kategori: Nahide Tağıyeva

NİŞAN ÜZÜYÜ

Otaqda olan səssizlik adamın ürəyini üzürdü.Bir xeyli vaxt idi eynək taxmış yaşlı həkim önünə tökdüyü vərəqləri oyan –bu yana çevirir başını qaldırıb həyacanla onun verəcəyi cavabı gözləyən qadına baxmırdı.Qadın bir neçə dəfə yavaş səslə öksürsə belə həkim onun səsinə başını qaldırmadı.Qadın qolunda olan saata baxdı.Artıq iyirmi dəqiqə idi ki onu gözləyirdi.Başını çevirib pəncərədən çölə boylanıb qaş-qabağını tökmüş havanı süzdü..