Kategoriler

Arşivler

Nahide Tağıyeva Kategoriler

Tarih 5 Ara 2017 Kategori: Nahide Tağıyeva

Bağışla4

Onu dinləmək üçün yatağının içində oturan Səma Elçinin susmasından söhbətin uzun ola biləcəyini yəqin etdi. Onun üçün də yerini rahatlamaq üçün taxtın lap baş tərəfinə çəkilib kürəyini taxtın başına söykədi. Onun hərəkətlərinə göz qoyan Elçin öncə hardan başlaya biləcəyini düşündü sonra boğazını arıtlayıb sözə başladı.

Tarih 5 Ara 2017 Kategori: Nahide Tağıyeva

Bağışla3

Səmanın ilıq nəfəsini üzündə hiss edən Elçin çox da sərt olmayan bir hərəkətlə yerindən durub pəncərəyə doğru getdi . Pəncərəni tamamilə örtmüş olan pərdəsini ,kənara çəkib arxasını çevirdyi qadına, arada vaxtın olanda bu pərdələri aç, qoy bir evə hava gəlsin deyib pəncərənin kiçik nəfəsliyini açdı.. Bu iradın yersiz olduğunu biləsə də artıq gec idi.

Tarih 2 Ara 2017 Kategori: Nahide Tağıyeva

Bağışla,,

Elçinə çay süzüb gətirən Səma yeni bişirdiyi çiyələk mürəbbəsində kiçik mürbbə qabına qoyub onun stəkanının yanına qoydu. Ən çox sevdiyin mürəbbədir .Bir dadına bax gör necə alınıb dedi.
Sənin xoşuna gəldiyi üçün bişirdim. Onsuzda nə mən, nə də uşaqlar mürəbbə yeyən deyilik bax deyib uşaq kimi barmaqlarını göstərdi düz 2 balon bişirmişəm qışdan yaya kimi çayla içərsən deyib, yenə zərif gülüşünü büruzə verdi.

Tarih 2 Ara 2017 Kategori: Nahide Tağıyeva

Bağışla

Xeyli zamandan bəri susurdu.
Danışacaq sözlərini elə bil , cümlələrə sığışdırmaqda acizlik çəkirdi.Sözə necə başlayacağını bilmədiyi üçün susmağa üstünlük vermişdi.
Amma qəlbini didən suallar ,ona heç də rahatlıq vermirdi.Gecə yuxularının itməsinə gətirib çıxaran hadisənin həqiqət olmaması üçün gecəni sübhə kimi allaha dua edir,Hər şeyin yalan olmasını istəyirdi.

Tarih 16 Eyl 2017 Kategori: Nahide Tağıyeva

Narahat gecə

Zeynəb əlinə düşən pullları nəvəsinin yolunda tökdü qızının yeganə yadigarı olan Əfşanını ən sonunda yenidən həyata qaytara bildi.Keçirdiyi psixi sarsıntıdan yeddi il əziyyət çəkən qız, nənəsinin sayəsində yenidən həyata bağlanmağı bacardı.Mrəlum hadisədən sonra Əfşan nənəsi ilə qalmalı oldu.Valideyinlərini də elə Hacıkəndin girəcəyində yerləşən qəbirstanlıqda dəfn etdilər.Zeynəb bir xeyli müddət Əfşanı valideyinlərinin qəbrini ziyarət etəmyə aparmadı.

Tarih 28 Ağu 2017 Kategori: Nahide Tağıyeva

KÖHLƏN AT

Evə dönən kimi Mələk atasının yanına keçdi.Salam verib otutması üçün atasının icazəsini gözləyən qız bir müddət susdu.Atası onun nəsə demək istədiyini anlamışdı.Mələk adətən atasından nəsə istədiyi zaman onun hüzuruna gəlirdi.Bu dəfə də bəy fikirində yanılmamışdı.Mələyin .bu dəfə ki, xaişi ona ata minməyi öyrət deməsi oldu.Zaman bəy ilk öncə qaşlarını çatıb qızına diqqətlə nəzər saldı.Qarşısında duran bu 15 yaşlı kiçik qızı elə bil indi gördü Qızının xeyli böyüdüyünü ,

Tarih 27 Ağu 2017 Kategori: Nahide Tağıyeva

KÖHLƏN AT

Mələyin anası Bəyimxanım mahalın adlı –sanlı bəylərinin birinin qızı idi.İkinci övladını dünyay gətirərkən canından olmuşdu.Mələyin 3 yaşı olarkən anasız qalması bəyin belini bükmüşdü.Çox gənc olmasına baxmayaraq Zaman bəy övladını analıq əlinə verməyə ürəyi gəlməmişdi.Başqa bir kənddə ail qurmağına baxmayaraq ikinci arvadını bəyliyə gətirməmiş o biri evində saxlamışdı.Bu evlilikdə də iki qızı bir oğlu dünyaya gəlmişdi.Uşaqlar görüşsələrdə bir yerdə yaşamaq istəmirdilər.

Tarih 21 Haz 2017 Kategori: Nahide Tağıyeva

KÖHLƏN AT 2

Köhlənin üstündə qızını görən bəy qəzəbindən bığlarını çeynəyib əlini hər zaman belində gəzdirdiyi mauzerinə atmışdı.At sahibinin fikrini anlamış geri çevrilib atanı övlad qatili etməkdən xilas etmişdi.Zaman bəy köhləninin sədaqətini dəfələrlə gördüyü üçün əlini belindən çəkməyə məcbur olmuşdu.Qaranlıqda uzaqdan görünən digər bir qaraltı onlara yaxınlaşdıqda bəy onu tanımış .

Tarih 21 Haz 2017 Kategori: Nahide Tağıyeva

KÖHLƏN AT

Yalvarış dolu gözlərlə, atasının üzünə baxan Mələk, sanki ondan imdad istəyirdi.Axşamdan hələ də qəzəbi soyumayan bəy dizləri üstə qarşısında yerə çökən bu gəncin öz doğma qızı olduğunu elə bil unutmuşdu.Qəzəbinini soyutmaq üçün əlini mizin üstünə zərblə vurub ayağa durdu.Mələk onun getməsinə mane olmaq üçün .özünü tez onun ayaqlarına atdı.

Tarih 20 Nis 2017 Kategori: Nahide Tağıyeva

ANAM ÜÇÜN

Onları rayona yola salandan sonra öz otağıma çəkildim.Bayqdan boğazımda ağır yükə çevrilmiş qəhəri hönkürüb ağlamaqla özümdən uzaqlaşmağa çalışsamda .onun dediyi sözləri yadıma salıb dahada kövrəlirdim.Ailəmdə hamı mənə bələd olduğu üçün özümün tamam sakitləşəcəyimi gözləyirdilər.Qızımın dəfələrlə gəlib qapının arxasından məni səsləməsinə belə cavab verə bilmədim.Həyat yoldaşım sakit ol elə səni bazar günü rayona aparacam deməsi belə məni sakit edə bilmədi.