Kategoriler

Arşivler

Metanet Duyĝulu Kategoriler

Tarih 15 Nis 2019 Kategori: Metanet Duyĝulu

MƏN SARAY ŞAİRİ DEYİLƏM QARDAŞ

Mən saray şairi deyiləm qardaş,
Mə’mura söz qoşub, tə’rif eyləyim.
Xalqımın haqqını yeyən kəslərə,
Mahnı bəstələyib, şeir söyləyim.

Tarih 7 Nis 2019 Kategori: Metanet Duyĝulu

İLK MƏHƏBBƏTİM

İlk baxış, ilk vüsal,ilk görüş günü,
Könlümə ilk qonan arzu niyyətim.
Ömrümə sevinci, harayı, ünü,
Salmısn əbədi ilk məhəbbətim.

Tarih 9 Mar 2019 Kategori: Metanet Duyĝulu

BAYRAMINIZ MÜBARƏK ƏZİZ QADINLAR.

Bu gün səkkizi mart, qadınlar günü,
Çiçəklər bağlayın, çiçəklər üçün.
Əgər hədiyyəyə yetməsə pulun,
Yəqin ki, sevgiyə çatacaq gücün.

Tarih 9 Mar 2019 Kategori: Metanet Duyĝulu

SEVMEREM SENI.

Deyirsen, ne qeder, sevirsen meni? 
Desem dunyam qeder, yalan olardi. 
Dunyamin dunyam tek, kederi, qemi, 
Bir de ki, acisi, wirini vardir. 

Tarih 7 Mar 2019 Kategori: Metanet Duyĝulu

HAMI DİNDƏN DANIŞIR

İlahi hansı günə,
Gəlib çıxmışıq yenə.
Oğru da gəlib dinə,
Etdiyindən danışır.

Tarih 26 Şub 2019 Kategori: Metanet Duyĝulu

QİSAS QİYAMƏTƏ QALMASIN

Gəldi qara ayların,
İyirmi altısı yenə,
Çarpaz dağlar çəkildi,
Həmin günü vətənə.

Tarih 26 Şub 2019 Kategori: Metanet Duyĝulu

SƏBR VERMƏ BİZƏ

Yenə köhnə yaramızdan,
Təzələnib süzülür qan.
Ağlayanda Azərbaycan,
Qoyma ürək buna dözə,
Tanrım, səbr vermə bizə.

Tarih 26 Şub 2019 Kategori: Metanet Duyĝulu

Qüsseden od tutub

Qüsseden od tutub yanan torpaĝım,
Sen su isteyerken içirdiler qan.
Budur qara geyib rengli bayraĝım,,
Kedere bürünüb can Azerbaycan

Tarih 25 Şub 2019 Kategori: Metanet Duyĝulu

AĞLAYIM

Ay ana, dur gedək vətənə sarı,
Yenə o dağlardan çiçək bağlayım.
Göynətsin əlimi buz bulaqları,
Qolumu uzadıb sənə, ağlayım.

Tarih 25 Şub 2019 Kategori: Metanet Duyĝulu

QAR ALAR MENI.

Həsrətim böyüyüb, dağa dönebdür, 
daşlari, sinəmi paralar mənim. 
Ürəyim ərimiş, yağa dönübdür, 
damlası cızz edib, yaralar məni.